Xəbər lenti

 

Dünyada təyyarə məzarlığı da var imiş. Özü də bir yox, bir neçə ölkədə. Ən böyük təyyarə qəbristanlığı isə ABŞ-ın Arizona ştatında yerləşir.

Ovqat.com xəbər verir ki, ştatın Takson şəhəri yaxınlığında, səhranın tam ortasında 4 min 400 təyyarə saxlanılır.

10 kvadrat kilometrlik sahəyə malik olan bu yer Davis-Monthan hava bazasıdır. ABŞ-da vəzifəsini tamamlamış və “pensiyaya” göndərilmiş bu təyyarələr arasında döyüş təyyarələri də var.

Təyyarələrdən bəziləri sanki bir neçə saat əvvəl buraya gətirilib, bəziləri isə qumun və tozun eroziyalı təsirindən qorunmaq üçün üstü örtülü tutulur.

Qapalı bunkerlərdə isə xeyli sayda təyyarə hissələri gözə dəyir. Amerikanın və ya dünyanın bir sıra bölgəsinə göndərilən bu hissələr başqa təyyarələrə montaj edilir.

Təyyarə qəbristanlığının məhz bu bölgə salınması isə təsadüfi deyil. Arizonanın rütubət nisbəti aşağı, isti və quru havası təyyarələrin bu bazada daha uzun müddətə paslanmadan və aşınmadan qorunmasını təmin edir.




Ana səhifəyə qayıt        Baxış: 770          Tarix: 24-06-2018, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma