Xəbər lenti

 

Hüquqşünas işgəncə faktı ilə bağlı cinayət işinin açılmasını istəyir

Hüquqşünas İlqar Altay Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsddə günahlandırılan Yunis Səfərovla bağlı Baş prokurora müraciət edib.

Hüquqşünas şübhəli şəxsə verilən işgəncə faktı ilə bağlı cinayət işinin başlanılmasını istəyir:

“Yunis Səfərovun tutulandan dərhal sonra ölümcül döyülməsi barədə şəkil-faktlar ictimailəşdirilib. Daxili İşlər Nazirliyi oncə bu şəkillərin Yunis Səfərova aid olmaması və ona heç bir xəsarət yetirilməməsi barədə açıqlama verib. Mənim bir ekspert kimi həmin şəkillərin Səfərovun pasportdakı şəkli ilə eynilik identifikasiyası barədə açıqlamamdan sonra DİN mətbuat katibi şəkillərin Səfərova məxsusluğunu və xəsarətləri təsdiq etdi. Ancaq bu xəsarətlərin döyülmə-işgəncədən yox, tutularkən aldığını bildirdi.

Sizə bir elmi dərəcəli hüquqşünas və həm də bu sahə üzrə bir həkim ekspert kimi bildirirəm ki, Yunis Səfərovun bədənindəki xəsarətlər heç də tutularkən yox, həbsdən dərhal sonra qisas məqsədi ilə intensiv döyülməkdən yaranmış və işgəncə xarakterlidirlər. Mən öz ixtisaslı rəyimi yaxın zamanda sizə təqdim edəcəyəm.

Ona görə, bir hüquqşünas və bu sahəyə ixtisas aidiyyətli mütəxəssis kimi sizdən xahiş edirəm ki, bu qanunsuzluğu törədənlər, eləcə də, polisin işinə müdaxilə etmiş kənar şəxslər (qüvvələr) barəsində, cinayət təqibi başlanması ilə bağlı göstəriş verəsiniz”.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib.

Hadisədə əslən gəncəli olan Rusiya vətəndaşı Yunis Səfərov təqsirli bilinir.

Meydan TV




Ana səhifəyə qayıt        Baxış: 741          Tarix: 8-07-2018, 08:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma