Xəbər lenti

 

Azərbaycanın zənginliyini təşkil edən dəyərlərdən biri onun tolerantlıq şəraitində yaşayan müxtəlif etnoslar üçün Vətən olmasıdır. Bu gün zəngin mədəniyyətin əsas sahələrindən olan etno-mədəniyyət  və folklor nümunələri müasir insana təkcə ədəbi əsərlər kimi maraqlı deyildir. Bu nümunələr, onların yaratdığı obrazlar milli şüurun dərin laylarında öz əksini tapır, davranış stereotiplərini formalaşdırır. Folklorun multikultural Azərbaycan mədəniyyəti və incəsənəti üçün yüksək dəyəri onun miflərdən, mərasimlərdən təşəkkül tapması ilə müəyyən olunur.

“ARAZ” Ziyalılar İctimai Birliyi bu məqsədlə hazırlanmış “Multikultural dəyərlər işığında: Yardımlı, Masallı, Lənkəran, Astara” kitab – albomunu təqdim etdi. Təqdimatda “ARAZ” ZİB – in sədri Nizami Məmmədov, AMEA Folklor İnstitunun direktor müavini Oruc Əliyev, “Kitab evi” ictimai birliyinin sədri Adilə Nəzərova və fil.ü. fəlsəfə doktoru Rza xəlilov çıxış edərək kitab-albom haqqında dinləyicilərə məlumat verdilər. Çıxışçılar Aəzrbaycanda yaşayan azsaylı xalqların milli-mənəvi dəyərlərinə dövlət tərəfindən olan hörmət və qayğının beynəlxalq ictimaiyyətə çatdırılmasında kitabın xüsusi əhəmiyyətini qeyd etdilər.

Təqdimatda iştirak edənlər kitab-albomla tanış olub, onu yüksək dəyərləndirdilər.

 




Ana səhifəyə qayıt        Baxış: 645          Tarix: 8-08-2018, 09:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma