Xəbər lenti

 

 "Keşiş Endryu Brunson Türkiyədə saxlanılan məsum bir adamdır və ədalət onun azadlığa buraxılmasını tələb edir. Türkiyə prezident Trampın xarici torpaqlarda haqsız yerə həbs edilən Amerikalıların evlərinə, Amerika Birləşmiş Ştatlarına qayıtmalarını görmək əzmini imtahana çəkməsə, yaxşı olar".

Ovqat.com xəbər verir ki, bu özündən müştəbeh fikirləri ABŞ-ın vitse-prezidenti Mayke Pens twitter hesabında paylaşıb.

O, Trampın və özünün bu məsələdə qərarlı olduğunu bəyan edib:

https://twitter.com/VP/status/1029804262241513472

 “POTUS" (Prezident Tramp) və mən keşiş Brunson sərbəst buraxılana və ABŞ-dakı ailəsinə, dostlarına və kilsəsinə geri qayıdana qədər güzəştə getməməyə qərarlıyıq. Hər bir Amerikalı, keşiş Endryu Brunson və xanımı Noreen üçün bu əqidəli din adamı evinə qayıdana qədər dua etməlidir".

Qeyd edək ki, bu fikirlər Mayk Pensin ilk “əzmli” bəyanatı da deyil. Pens Endryu Brunsonun ev həbsinə buraxılmasının ardından verdiyi açıqlamada da “əzm” nümayiş etdirərək bildirmişdi:

 "Keşiş Endryu Brunson sərbəst buraxılana qədər Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə hazırıq".

Bu bəyanatın ardından Türkiyə ilə ABŞ-ın diplomatik və iqtisadi sahədə qarşı-qarşıya gəlməsi prosesi başlamışdı.




Ana səhifəyə qayıt        Baxış: 752          Tarix: 16-08-2018, 08:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma