Xəbər lenti

  

“Əxlaq, hikmət və insan hüququ  aşılayan bir elm ocağının olması önəmlidir”.

Ovqat.com xəbər verir ki, bu fikirləri tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru,      Azərbaycan Yazıçılar Birliyinin üzvü Adilə Nəzər İlahiyyat İnstitutunun fəaliyyətini şərh edərkən bildirib.

İlahiyyat İnstitutunun məqsədinin başda İslam olmaq üzrə, müxtəlif dinləri elmi üsullarla təhlil edən ziyalı din adamı yetişdirmək olduğunu deyən Adilə Nəzər son illər Qərbin bizə təklif və hətta diktə etdiyi düşüncə və davranış tərzinin arzu olunan əmin-amanlığı təsis edə bilmədiyinə, əksinə gələcəyə dair ümidin daha da zəifləməsinə yol açıdığına inanır: “Bəlkə də məhz bu səbəbdən insanlar səbirsiz, inamsız, imansız və intihara meylli oldular”.

Bu gün ölkəmizin və İslam coğrafiyasının xüsusən dini sahədə yaşadığı problemlərin ən önəmli səbəblərindən birini səhih dini biliklərin azlığında görən həmsöhbətimizə görə, hazırda bütün Şərqdə, o cümlədən Azərbaycanda ilahi mənbələrə, həqiqətə söykənməyən və ağıla zidd ifadələr, hekayələr, yuxular anladılaraq din adı altında insanların təmiz duyğuları istismar edilir:

“Bu gün həqiqi dini etiqad bəşəriyyətin əmin-amanlığa, sülhə vəsilə olması üçün vacib amildir. Bu baxımdan əxlaq, hikmət və insan hüququ  aşılayan bir elm ocağının olması önəmlidir və hətta deyərdim ki, həyati əhəmiyyət daşıyır.

         Hesab edirəm ki, İlahiyyat İnstitutunun olması sosiologiya, psixologiya, tibb, ictimai elmlər və əsas olaraq da ilahiyyat sahəsində təhsil vermək, indiyədək verilən bilgiləri təzələmək, dəyərə çevirmək və gənclərimiz üçün həyata bələdçilik etmək imkanı olacaq”.




Ana səhifəyə qayıt        Baxış: 1 295          Tarix: 17-08-2018, 23:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma