Xəbər lenti

 

  Pedaqoji elmlər doktoru professor Elbəyi Maqsudovun əziz xatirəsinə

Niyə yaxşı adamlar bu dünyadan sakitcə köçürlər? Səs-səmirsiz, hay-küysüz. Həyata gəlişləri də elə olur; səs-küysüz. Pislərsə… Onların dünyaya gəlişləri də, dünyadan gedişləri də hay-küylü olu. Boş çəlləklər kimi danqıldaya-danqıldaya gəlirlər , danqıldaya-danqıldaya da gedirlər. Sanki dünyanın sahibidirlər. Səs-küysüz dünyadan köçdün.  Elə buna görə də dörd aydan sonra qara bayramında ölümündən xəbər tutdum. (Bu dörd ayda (Bakıdan Naxçıvana) sənə edilən zənglərimin “cavab”ı-zummerlərin açımı deməyəsən, bu imiş-qara xəbər.) Altmış illiyin də səs-küysüz, təmtəraqsız keçdi. O səbəbdən də gec xəbər tutdum. Gec deyəndə ki, düz dörd aydan sonra. Almış illiyindən də, dünyadan köçməyindən də eyni vaxtlarda xəbər tutdum. Təsadüfə bir bax! Blkə də bu təsadüf deyil, zərurətdir. Bəlkə də! Altmış illiyində sənə olan ehtiramımı “Palitra” qəzetində “Gecikmiş təbrik” adlı esse ilə çatdırdım. Dünyadan getdiyin bir vaxtda isə bu sözləri deyirəm: Bu dünyadakı insanların ən yaxşılarından idin. Bu dünyadakı ən vicdanlı insanlardan biri idin. Ürəyində millətinə, bütün millətlərə qarşı alovlu bir sevgi vardı. Bu sevgi Allaha olan dərin inamından irəli gəlirdi. Ona görə üzündə həmişə işıqlı bir təbəssüm vardı. Ən yaxşı insanlardan birini- səni vaxtsız itirdik! Sən bu millətə , insanlara lazım idin. Müəllimliyin, eləcə də alimliyin barədə heç nə demirəm. Buna gərək yoxdur. Çünki tələbələrin, alim həmkarların səni çox yüksək qiymətləndiriblər. Bu qiymət hər müəllimə, hər alimə verilmir! Allah sənə rəhmət eləsin! Qəbrin nurla dolsun!

BAYRAM İSGƏNDƏRLİ,

YAZIÇI




Ana səhifəyə qayıt        Baxış: 1 494          Tarix: 3-09-2018, 20:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma