Xəbər lenti

 

Tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev facebook səhifəsində ABB-nın keçmiş sədri Cahangir Hacıyevin yenidən məhkəməyə çıxarılmasını şərh edən status paylaşıb. İctimai əhəmiyyətini nəzərə alıb statusu oxucularımıza təqdim edirik:

 

 "Azərbaycan Beynəlxalq Bankın (ABB) İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. O, Kürdəxanı İstintaq Təcridxanasına etap olunub və yaxın günlərdə yenidən məhkəmə önünə çıxarılacaq. Keçmiş bankir bu dəfə ABB- ın Moskva filialında olan mənimsəmələrə görə ittiham olunur. O, külli miqdarda vəsaiti qrup halında mənimsəmədən tutmuş "çirkli pulların" yuyulması, vergidən yayınma, vəzifə saxtakarlığı və s.- ə görə ittiham olunur. Maraqlıdır ki, mənimsəmələrə yol verildiyi bildirilən ABB- ın Moskva filialının rəhbəri, kreditlərə və xərcləmələrə imza atmış məsul şəxs Fuad Abdullayev əlini sallayıb azadlıqda gəzir və ona "gözün üstdə qaşın var" deyən yoxdur.

 

Cahangir Hacıyevə qarşı olanlar bununla da bitmir. Onun vəkili Fəxrəddin Mehdiyev 1 il müddətə Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Yenidən ailə üzvləri ilə görüşməsinə və onlara telefon zəngi etməsi yasaqlanıb.  Yaxınlarına olan qadağa o həddədir ki, onlara notarius- bank əməliyyatı aparmaq və ölkədən çıxmaq qadağan edilib və s. Deyilənlərə görə ona qarşı olan haqsızlıqlara və qanunsuzluqlara etiraz əlaməti olaraq keçmiş bankir həbsxanada aclıq aksiyasına başlayıb.

 

Görünən odur ki, hakimiyyət Beynəlxalq Bankla bağlı olan bütün mənimsəmələri tam olaraq ona yükləyib ömrünün sonuna qədər həbsdə saxlamaq istəyir. Əslində bu məlumatları həm də ona görə bir az detallı təqdim etdim ki, hakimiyyətin öz silahdaşlarına göstərdiyi münasibət barədə bir az ətraflı məlumatımız olsun. Dünənə qədər siyasi hakimiyyətin olimpində təmsil olunan Cahangir Hacıyev bu gün keçmiş komandası  tərəfindən "arzu olunmaz şəxs"-ə çevrilib, həbsdədir. "Olum"- la ölüm arasındadır. Ömürlük həbs təhlükəsi ilə üz- üzədir. Ondan həbsxanada da əl çəkmirlər...

 

Bu acı və ibrətamiz həyat hekayəsindən hazırda hakimiyyətdə təmsil olunan hər kəsin nəticə çıxarması çox önəmlidir. Unutmasınlar ki, xalq tərəfindən seçilməyən, qanunlarla deyil, mafiya qaydaları ilə idarə olunan hakimiyyətdə təmsil olunan istənilən şəxs Cahangir Hacıyevin aqibətini yaşaya bilər. Ailə hakimiyyəti ofşorlara daşıdığı milyardlarıın faturasını istənilən məmurun ayağına yazıb onu "çirkli pulların yuyulması" ittihamı  ilə ömürlük həbsə - gedər gəlməzə yollaya bilər. Nə qədər gec deyil düşünmək lazımdır".




Ana səhifəyə qayıt        Baxış: 677          Tarix: 19-09-2018, 07:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma