Xəbər lenti

 Ha özümü topladım, hörmətli İlyas mualimə zəng etməyə, dərdinə şərik olduğumu (şablon) səslə bildirməyə, cəsarət etmədim. Bir vaxt oğul itkisinin  dəhşətini yaşadığımdan, daha dürüstü, yaşam tərzimə çevrildiyini dərk etdiyimdən, bu Dərdin səbəbkarının  valideyninə nə deyəcəyimi, hansı təsəllini verə biləcəyimi və Onun Dərdini  səslə necə  yüngülləşdirəcəyimi kəsdirə bilmədim... Bu bənzərsiz, inadkar, qətiyyətli, kübar gənci  kiçik qardaşım, təbiri caizsə, övladım kimi sevdim! O, qəfil, dəhşətli xəbərdən necə üzüldüyümü ifadə edə bilmirəm.

 Rəbbimdən bir daha Etimadın ruhunu şad etməyi, hörmətli İlyas mualimin şəxsində əzizlərinə səbr diləyirəm.

İsa Mirzəyev

24.09.2018




Ana səhifəyə qayıt        Baxış: 459          Tarix: 26-09-2018, 00:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma