Xəbər lenti

  

SOCAR Rusiyada metanol zavodu inşa edə bilər.

“Report” xəbər verir ki, bunu “SOCAR Polymer” şirkətinin baş direktoru Fərid Cəfərov Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla bağlı Rusiya şirkəti ilə danışıqlar aparılır: “Söhbət irimiqyaslı istehsalatdan gedir. Biz "SOCAR Polymer" təcrübəsini daha da artırmaq fikrindəyik”.

F.Cəfərov sözügedən layihənin Rusiyada qazın sərfəli qiyməti sayəsində rəqabətqabiliyyətli ola biləcəyini vurğulayıb: "Zavodda Rusiya xammalının istifadə ediləcəyi güman olunur".




Ana səhifəyə qayıt        Baxış: 700          Tarix: 27-09-2018, 23:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma