Xəbər lenti

 

Dunyaca məşhur futbol ulduzu Kriştian Ronaldo bu günlərdə zorlamada ittiham olundu.

Belə ki, amerikalı model Katrin Mayorqanın iddiasına görə, o, 2009-cu ildə futbolçu Las-Veqasda yerləşən otellərin birində Ronaldo ilə tanış olub.

Daha sonra futbolçu onu zorlayıb.

Hadisə baş verən zaman Katrin Mayorqanın 25, Ronaldonun isə 20 yaşı olub.

Almaniyanın “Der Spiegel” nəşri yazır ki, Ronaldo modellə məxfilik sazişi imzalayıb və ona 375 min dollar pul ödəyib.

ronaldo.jpg (21 KB)

Razılaşmaya görə, əgər Mayorqa bu barədə mətbuata danışsa, məbləği geri ödəməli və futbolçuya dəyəcək bütün zərərlərə görə cavab verməlidir. Lakin futbolçu ittihamlara cavab olaraq bildirib ki, Katrin onun adından istifadə edərək məşhurlaşmağa çalışır.

robinyo.jpg (18 KB)

Qeyd edək ki, bundan əvvəl də bir neçə ulduz futbolçunun adı zorlama qalmaqalında hallanıb. Onlardan bəziləri hətta məhkəmə qərarı ilə həbsə düşüb, cəzalandırılıb. Məsələn, bir neçə il öncə məşhur futbolçu Robinyo haqqında həbs qərarı çıxarılmışdı. Səbəb isə, futbolçunun qrup halında zorlamada iştirak etməsi olmuşdu. İttihama görə, Robinyo “Milan”da çıxış edərkən 2013-cü ilin yanvar ayında 5 nəfərlə birlikdə diskotekalardan birində Albaniya vətəndaşı olan 22 yaşlı gənc qızı zorlayıb. Bu səbəbdən məhkəmə futbolçu haqqında 9 illik həbs qərarı çıxarmışdı.

frank riber.jpg (62 KB)

Fransanın ən məşhur futbolçuları Frank Riber və Kərim Benzema da zorlama qalmaqalı yaşayıb. İddialara görə, Fransa yığmasının oyunçuları 2009-cu ildə, o vaxt 17 yaşlı, əslən Əlcəzairdən olan Zahirə Dəharla cinsi əlaqəyə girib. Dəhar yetkinlik yaşına çatmasa da, fahişəliklə məşğul olub.

Məhkəmə prosesinin ilk iclasına F.Riberi qatılmayıb. Futbolçunun vəkilinin dediyinə görə, onun müvəkkili Z.Deharla cinsi əlaqəyə girəndə qızın yetkinlik yaşına çatmadığını bilməyib.

kerim bendzama.jpg (19 KB)

Kərim Benzema isə Z.Deharla cinsi əlaqədə olmadığını bildirib. Qalmaqaldan sonra F.Riberi və K.Benzema Fransa yığmasından qovulmuşdular.

Təkcə futbolçular deyil, dünyanın ən məşhur sənətçilərinin, siyasətçilərinin də adları zorlama qalmaqalında hallanıb. Məsələn, bu günlərdə Hollivud ulduzu Silvestr Stallone də zorlamada ittiham olundu. ABŞ mətbuatının yazdığına görə, aktyor 1986-cı ildə 16 yaşlı qızı zorlayıb. İddiaya görə, hadisə Las-Veqas şəhərində baş verib. Zərərçəkənin sözlərinə əsasən, aktyor onu “Hilton” otelindəki nömrəsinə dəvət edib.

stallone.jpg (104 KB)

Sonra isə özü və mühafizəçisi ilə sekslə məşğul olmağa məcbur edib. Stallonenin nümayəndəsi Mişel Beqa isə ittihamları yalan adlandırıb. Silvestr özü də bu ittihamları rədd edib. Buna baxmayaraq Santa-Monika polisi istintaqa başlayıb və başqa zərərçəkən olduğunu da üzə çıxarıb. Adı çəkilməyən qadının iddiasına görə, 1990-cı ildə aktyor öz ofisində onu zorlayıb.

depardye.jpg (18 KB)

Dünya şöhrətli fransız aktyor Jerar Depardye də bir müddət bundan əvvəl zorlamada ittiham olundu. Paris Prokurorluğu 69 yaşlı aktyor barədə tədqiqat prosesinə start verib. 22 yaşlı komediyaçı qadın prokurorluğa müraciət edib və prosesə başlanılıb. Aktyorun vəkili Depardyenin günahsız olduğunu bildirib.

hoffman.jpg (51 KB)

Ötən il digər Hollivud aktyoru Dastin Hoffmana da qarşı zorlama ittihamı irəli sürülmüşdü. İttiham aktrisa Ketrin Rossester tərəfindən irəli sürülüb. Aktrisa bildirib ki, 1983-cü ildə Brodvey teatrındakı pyes zamanı Hoffman onu zorlayıb. Lakin aktyor bu ittihamlara şərh verməyib.

1500478340.jpg (133 KB)

Dünyanın ən məşhur siyasətçiləri də zorlama qalmaqalından yan keçə bilməyib. Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp bir neçə dəfə seksual kələkbazlıqda günahlandırılıb. Tramp isə bu günə qədər olan zorlama ittihamlarının hamısını rədd edib.

Qeyd edək ki, qalmaqallı zorlama işində ittiham olunan siyasətçilərdən biri də ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Dennis Xasterlə ilə bağlıdır. İddialara görə, Xastert məktəbdə məşqçi olarkən bir neçə məktəbliyə qarşı seksual xarakterli hərəkətlər edib. Məhkəmə siyasətçi barəsində “Yetkinlik yaşına çatmayanların yoldan çıxarılması” maddəsi ilə cinayət işi açaraq, onu ev dustaqlığına göndərmişdi.

klinton.jpg (21 KB)

Monika qalmaqalından 25 il sonra sabiq ABŞ prezidenti Bill Klintona qarşı daha bir ittiham irəli sürülmüşdü. Belə ki, sabiq prezident 2003-cü ildə birlikdə işlədiyi Cuanitu Broddrikizorlamaqda günahlandırılmışdı. Həmin qalmaqalla bağlı Denver radiostansiyanın efirində keçmiş prezidentin guya zorlamasından sonra qıza qulluq edən tibb bacısı danışıb. Siyasətçinin xanımı Hillari Klintonun memuarları çap olunan kimi Broddrikin özü də zorlandığını etiraf edəndən sonra müsahibə bütün Amerikada yayılmışdı.

G_rald_DARMANIN.jpg (14 KB)

Bu ilin yanvar ayında isə Fransanın dövlət büdcəsi naziri Gerald Darmanenin adı zorlamada hallanmışdı. Qalmaqal ilə bağlı olaraq nazirin istefası tələb olunmuşdu.

Araşdırmalar onu göstərir ki, bəzən bu cür zorlama qalmaqalının arxasında məşhurlaşma, asan yolla zənginləşmə məqsədləri dayanır. Lakin məhkəmə araşdırmaları sayəsində öz təsdiqini tapan zorlama hadisələri də az deyil.\\Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 635          Tarix: 1-10-2018, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma