Xəbər lenti

 

Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi tərəfindən “Avropa Ali Xidmət” ordeninə layiq görülüb.

Ovqat.com xəbər ki, bu qərar hələ ötən ilin dekabrında professor Əyyub Əyybovun da həqiqi üzvü olduğu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının müvafiq təqdimatı, Avropa elmi mərkəzlərinin rəyi və yekdil münasibəti əsasında qəbul edilib.

Ötən gün mükafatın təqdimolunma mərasimi keçirilib. Təqdimat mərasimində Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının rəsmi nümayəndəsi, Avropa Təbiət Elmləri Akademiyasının Türkdilli ölkələr şöbəsinin rəhbəri, professor Elçin İsgəndərzadə, elm adamları, pedaqoq və tələbələr iştirak ediblər.

Qeyd olunub ki, indiyədək bu mükafata Azərbaycandan iki nəfər – Respublika Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov layiq görülüb.

 

Mərasimdə çıxış edən professor Elçin İsgəndərzadə təhsil müəssisəsinin kollektivi, həmçinin elm və təhsil sahəsində davamlı naliyyətləri ilə diqqət mərkəzində olan kollecin direktoru haqqında ən xoş sözlərini paylaşıb. E.İsgəndərzadə ölkə başçısının elm təhsil sahələrinin inkişafına göstərdiyi qayğıdan, bu istiqamətdə ölkəmizdə keçirilən ardıcıl tədbirlərdən, qəbul olunan qərarlardan danışıb. Azərbaycanın müstəqillik dönəmində təhsil sahəsində çoxsaylı uğurlar qazandığını, bu uğurlardan birinin də Mingəçevir Turizm Kollecinin təsis olunması və fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb: “Burada iqtisadiyyatın ən vacib sahələrindən olan turizm sənayesi üçün ixtisaslı kadrlar hazırlanır. Çoxsaylı beynəlxalq əlaqələrə malik olan təhsil müəssisəsi Avropanın böyük təhsil layihələrində ən fəal iştirakçılar sırasında yer alır. Sizə bir faktı xatırladım. Bu günlərdə görkəmli ziyalıların iştirakı ilə Gəncə Kənd Təsərrüfatı Akademiyasında keçən bir toplantıya qatılmışdım. Bir gəncin çıxışını dinlədik. Hər kəsin diqqətini özünə çəkən bu gəncin Türkiyədə təhsil aldığını zənn etdim. Soruşduqda cavabı məni və digərlərini heyrətləndirdi. O, Mingəçevir Turizm Kollecinin məzunu olduğunu açqladı. Əslində onun naliyyəti bu böyük və işgüzar kollektivin uğurudur.

Professor Əyyub Əyyubov kimi idarəçilik bacarığı olan ziyalı bir şəxsin kollektivə rəhbərlik etməsi kollecin imicini daha da möhkəmləndirir. Təsadüfi deyil ki, bəşəri xarakter daşıyan xidmətləri zaman-zaman Avropanın nüfuzlu fond və təsisatları tərəfindən ən yüksək mükafatlarla qiymətləndirilir. Elə bu dəfə də Avropa mükafatlandırma komissiyası İsveçrənin Cenevrə şəhərində professor Əyyub Əyyubovun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çox önəmli qərara imza atıb”.

Bu yüksək mükafatın elmimizə dəyərli töhfə olduğunu bildirən natiq ali mükafatı professor Əyyub Əyyubova təqdim edərək, layiq görüldüyü ordeni yaxasına taxıb. Həmçinin müəllifi olduğu 5 cildlik yeni əsərlər toplusunu kollecə hədiyyə edib.

Təqdimatdan sonra çıxış edən mükafatçı elmi fəaliyyətinə verilən yüksək qiymətə görə BMT-nin İctimai Mükafatlar Şurasına minnətdarlığını bildirib. Professor bildirib ki, bu mükafat ümumilikdə, Azərbaycan elminə verilmiş beynəlxalq dəyərdir. Qeyd edib ki, elmimizin inkişafı birbaşa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər daim rəhbərlikdə olduğu illərdə elmin inkişafına böyük qayğı göstərmiş, elm adamlarına dövlətin qayğısını ən yüksək səviyyəyə çatdırmışdır: “Bu gün Azərbaycanda böyük elmi potensial formalaşıb. Dünya şöhrətli alimlər yetişib, gənc dövlətdə elmin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan elminin inkişafı birbaşa ölkə başçısı cənab İlham Əliyevin diqqətindədir. Azərbaycanın son illərdə davamlı tərəqqi və yüksəliş dövrünü yaşaması, elmi təmələ söykənən iqtisadi siyasət nəticəsində keçid dövrünü inamla başa vurması ulu öndər Heydər Əliyevin milli inkişafın istiqamətlərini düzgün müəyyənləşdirərək, elmin, təhsilin rolunu yüksək dəyərləndirməsi və bu sahəyə xüsusi qayğı göstərməsi nəticəsində mümkün olub”.

Ümumiyyətlə, zəngin həyat yolu keçmiş Əyyub Əyyubovun elm sahəsindəki uğurları saysız-hesabsızdır. Alim bunadək Rusiya Federasiyası Sahibkarlıq Akademiyası, Beynəlxalq Enerji, İnformasiya Elmlər və Beynəlxalq Müstəqil Ekspertlər Akademiyalarının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) təsis etdiyi "Qızıl ulduz" medalı və "İlin təhsil adamı" fəxri adının, İtaliya İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Roma şəhərinin Fəxri alimi, Avropanın Əməkdar elm və mədəniyyət xadimi, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) ali mükafatı olan “Gottfried Wilhelm Leibniz” medalının, Beynəlxalq "Atatürk" mükafatının, BMT-nin “Ali Şərəf” ordeni, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) ali mükafatı olan “Golfrid Vilhelm Leybiniz” medalı, “Böyük Cəngavər Ulduzu” Avropa medalı, “Türk dünyasının Fəxri Elm Adamı” və digər mükafatlarla təltif olunub.

Ölkə əhəmiyyətli digər təsisatlar da müxtəlif dövrlərdə elmin və təhsilin inkişafına verdiyi töfhələrə görə yorulmaq bilmədən çalışan elm adamını ən mötəbər nominasiyalara layiq görüb.

Professor Ə.Əyyubovun   elmi-pedaqoji  fəaliyyətinə yaxından bələd olmaq istəyində olanlar üçün indiyədək yetərli ensklopedik baza formalaşıb. Ayrı-ayrı dönəmlərdə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası və Avropa Təbiət Elmləri Akademiyası tərəfindən dəyərli elm adamının həyat və fəaliyyətindən bəhs edən iki dəfə “Bioqrafi-Biblioqrafi” kitabları işıq üzü görüb və “Velikaya Rossiya” ensiklopedik nəşrində professor Ə.Əyyubova xüsusi bölmə ayrılıb. Üstəlik məlumat bazası tam elektronlaşdırılıb. Xatırladaq ki, ən son bu cür ensiklopedik nəşr ötən il Almaniyanın Hannover şəhərində işıq üzü görüb.

Azər




Ana səhifəyə qayıt        Baxış: 1 976          Tarix: 10-10-2018, 15:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma