Xəbər lenti
7-12-2018, 18:32

 

Azərbaycan Diasporunun Özbəkistandakı sədri Mobil Məmmədov öz həmyerliləri tərəfindən döyülüb.

O, aldığı xəsarətlərə görə, 16 saylı şəhər xəstəxanasına yerləşdirilib. Məlumata görə, Mobil Məmmədovun döyülməsi onun biznes əlaqələri ilə bağlı olub: şəriklik etdiyi adamların pulunu mənimsədiyindən cəzalandırılıb.

Bildirilir ki, o, diaspor sədrliyi postundan istifadə edərək, bir çox azərbaycanlıların qazanc yerinə “əl qoyub”. Bu yaxınlarda hətta Azərbaycanlıların sıx yaşadığı məhəllədəki mərasim binasını (adətən yerli azərbaycanlılar öz ölülərini burada yuyurmuşlar) ələ keçirib.

Araşdırma zamanı məlum olur ki, Azərbaycan diasporunun sədri Mobil Məmmədov dəfələrlə dələduzluq maddəsi ilə mühakimə edilib və iqtisadi cinayətlərdə adı hallanıb. Onun adı həm də bu ilin yay ayında Daşkənddəki səfirimizin müşaviri Nəsimi Ağababayevlə əlbir olaraq, Azərbaycanın Özbəkistandakı səfirinə qarşı təxribat etməkdə də hallanıb.

Məlumat üçün bildirək ki, Nəsimi Ağababayev həmin əməllərinə görə Xarici İşlər Nazirliyi sistemindən uzaqlaşdırılıb. Mobil Məmmədovla Nəsimi Ağababayevin ortaq biznesləri də olub. Onlar Azərbaycandan qızıl, mandarin ağacları, şokolad gətizdirərək, Daşkənddə iş birliyi də qurublar.

Mobil Məmmədovun döyülməsi də Azərbaycandan gətirilən bu malların təhvil verilməsi zamanı baş verib. O, mallarını təhvil verdiyi azərbaycanlılarla pul haqq-hesabını düz aparmadığına görə, diasporunun üzvləri və “keçmiş dostları” tərəfindən möhkəm döyülüb. \\ bizimxeber.az 




Ana səhifəyə qayıt        Baxış: 101          Tarix: 12-10-2018, 20:17      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent