Xəbər lenti

 

Cəbrayıl rayonundan məcburi köçkün olan sahibkar Səfiyev Nürəddin İzaməddin oğlu Azinforum.az İnformasiya Portalına müraciət  edərək,  başına gələn dəhşətli hadisədən danışıb. Şikayətçinin sözlərinə görə,  o, bir müddət əvvəl,  paytaxtın “Babək” prospektində sahibkar kimi  işlətdiyi avtomobillərin satışı salonunda  üç nəfərin basqınına məruz qalıb  və həmin hadisə zamanı döyülüb, hətta bədəninin  bəzi nahiyələrindən bıçaq yaraları da alıb. Səfiyev Nürəddin deyir ki,   nə qədər maraqlı olsa da, onun  ofisinə  basqın edən şəxslər hələ də həbs edilməyib:

“Ən  dəhşətlidi isə  budur ki,  işi aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi barəmdə xuliqanlıq maddəsilə  cinayət işi açaraq,  onların əvəzinə məni həbs etmək istəyir”. 

Şikayətçi  daxili işlər naziri cənab Ramil Usubova müraciət edərək , bu işin istintaqını şəxsi nəzarətə götürməyi , eləcə də cinayət işinin araşdırılmasını   Nizami rayon Polis İdarəsindən alınaraq, başqa polis instansiyasına verilməsini xahiş edir.

Azinforum.az Səfiyev Nürəddinin bu mövzuda etdiyi videomüraciəti  təqdim edir:




Ana səhifəyə qayıt        Baxış: 660          Tarix: 15-10-2018, 06:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma