Xəbər lenti

Qədim dövlətçilik ənənələrinə, zəngin tarixi keçmişə malik olan Azər-baycan xalqının etnogenezi tarixşünaslıqda kifayət qədər araşdırılmamışdır. Bunun nəticəsidir ki, əcnəbi mənbələrdə, xüsusilə bəzi rus, erməni və fars tədqiqatçılarının əsərlərində Azərbaycan xalqının milli kimliyindən soraq verən tarixi faktlar zaman-zaman təhrif olunmuş, Azərbaycan türkləri ilə hər hansı etnik bağı olmayan Hind-Avropa mənşəli xalqların, əsasən də farsların xalqımızın tarixindəki rolu qabardılmışdır. Əcnəbi tədqiqatlarda araşdırmaların bu istiqamətdə genişləndirilməsi Ön Asiyanın ilk aborigen xalqlarından olan Azərbaycan türklərinin öz soy kökündən uzaqlaşdırılmasına, onun keçmişi ilə bu günü arasındakı etnik tarixi, mədəni və s. əlaqələrin qırılmasına xidmət edir. Elmdə xalqımızın milli maraqlarına zidd olan belə əsassız nəzəriyyələrin yer alması onun etnik tarixi ilə bağlı fundamental tədqiqat işlərinin aparılması zəruriliyini ortaya qoyur. Bu yöndə maraq doğuran dəyərli tədqiqat əsərlərindən biri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin «Naxçıvan əhalisinin etnogenezi tarixindən» adlı iki cildlik monoqra-fiyasıdır. Monoqrafiyanın I cildi 2015, II cildi isə 2017-ci ildə nəşr olunmuşdur.

Əsərin «Naxçıvan əhalisinin etnogenezi tarixinin m.ö. VI-III minillikləri əhatə edən birinci cildində indiyədək tədqiq olunmamış Naxçıvan əhalisinin etnogenezi, bu ərazidəki proto Azərbaycan tayfalarının tarixdəki yeri, mifik inancları, əraziləri, əski mənbələrdəki yeri, adlarının daşıdığı mənalar ətraflı tədqiq olunur. Monoqrafiyada Naxçıvan Muxtar Respublikası ərazisindəki qədim tayfaların adları əsasında yaranan etnotoponimlər arxiv və qaynaq materialları əsasında sistemləşdirilir, onların etimoloji izahları verilir. Araşdırmada həmçinin onovahidləri əmələ gətirən leksik vahidlərin aid olduğu dövr tarixi yöndə müəyyənləşdirilir və bu vahidlərin proto Azərbaycan dil vahidləri olduğu elmi cəhətdən sübuta yetirilir. Bu qədim dil elementləri türk dili sözlükləri ilə dil və tarix baxımdan müqayisəli şəkildə tədqiq olunur, əski

dövr dilimizə dair yeni tarixi faktlar üzrə çıxarılır.

Araşdırmada Naxçıvan oykonimlərinin yayılma arealı, areal türk onomastik vahidləri və eləcə də qədim salnamələrdəki məsələlərə də münasibət bildirilmiş, dilimizin ilkin ifadə imkanlarına diqqət yetirilmişdir.

Tədqiqatçının etnogenez problemi ilə bağlı mülahizələri üç fəsildə ümumiləşdirilmişdir.

«Naxçıvanla bağlı tarixi faktlar və tədqiqatlar» adlanan I fəsil «əski mənbələr Naxçıvan haqqında», «Naxçıvan etnooykonimlərinin tədqiqi istiqamətləri», «Ərəb-fars mənşəli hesab edilmiş etnooykonimlər», «Təsirli xarakterli etimologiyalar» və «Erməni mənşəli hesab edilmiş etimoloji izahlar yanlışlığı» bölmələrindən ibarətdir.

Tədqiqat əsərinin bu fəslində müəllif K.Ptolomeyin «Coğrafiya»sında (e.ə. II əsr), yəhudi tarixçisi İosif Flovinin (I əsr), Alban tarixçiləri M.Xorenski, F.Buzənd və Eqişin (II əsr) yazılarında, həmçinin qədim gürcü mənbələrində (V-VII əsrlər), ərəb-fars müəlliflərindən Əl-Bəlazuri, ibn-əl-Fəqih və başqala-rının əsərlərində əski sivilizasiyaya malik Naxçıvanın miladdan çox-çox öncəki dövrlərdən türklərə məxsus qədim yaşayış məskəni olmasına dair kifayət qədər məlumatın yer aldığını və bu faktlar əsasında Naxçıvan adlanan coğrafiyanın əzəli türk yurdu olduğunu sübuta yetirir.

Klassik mənbələrin verdiyi məlumatlarla kifayətlənməyən tədqiqatçı xalqın tarixinin öyrənilməsində etibarlı mənbələrdən birinin toponimlər – yer-yurd adları olduğunu yaxşı bildiyindən Naxçıvan əhalisinin etnogenezini daha əsaslı araşdırmaq məqsədilə polietnotoponimlərin etimoloji təhlilinə xüsusi diqqət ayırır. Mövcud elmi prinsiplər əsasında aparılan bu araşdırmada son dövrlərədək ərəb-fars mənşəli toponimlər sırasına aid edilən Naxçıvan, Gilan, Behrud, Xanağa, Zeyvə, Ərəfsək, Culfa və s. məntəqə adlarının əslində azərbaycanlıların etnogenezisində iştirak etmiş qədim türk tayfalarının adını əks etdirdiyini linqvistik araşdırma prosesində üzə çıxarır.

Monoqrafiyanın II fəslində «Naxçıvan ərazisində prototürk Azərbaycan boyları» haqqında geniş məlumat verilir. Azərbaycan və onun qədim ərazi

vahidlərindən olan Naxçıvanda məskun olmuş türklərin etnik təşəkkülündə iştirak etmiş as, naxər, türk kuti, lulubəy, hürrü, kas, subar, su, kaman, turdi, pal, tus, doray boylarının mənşəyi ilə bağlı dəyərli mülahizələr söylənir.

Araşdırmanın bu fəslində Azərbaycan adının mənşəyinə də münasibət bildirən F.Rzayev tədqiqat prosesində ayrı-ayrı tədqiqatçıların Azərbaycan sözü ilə bağlı izahlarını nəzərdən keçirdikdən sonra əslində bu adın etnonim kökənli olduğunu və as tayfa adı əsasında formalaşdığını dil faktları əsasında sübuta yetirilir.

Əsərdə maraq doğuran məqamlardan biri də proto Azərbaycan dil elementlərinin tədqiqi məsələsidir. «Naxçıvan poleotoponimlərində yazıya-qədərki dövr proto Azərbaycan dil elementləri» adlanan III fəsildə tədqiqatçı Naxçıvanda yazıyaqədərki dil elementlərinə toxunaraq yazır: «Naxçıvan yer adlarında aşkar edilən aşağıdakı yazıyaqədərki dövrün bu sözləri protoazər-baycanlılara məxsus qədim söz kökləri və şəkilçilər olmaqla dilimizin əski dövrlərindən günümüzə çatan leksik vahidlər və şəkilçilərdir. Məhz bu leksik vahidlər, eləcə də bunları öz dillərində ümumişlək formada istifadə edən as, türükkü, hürrü, kuti lullubəy və s. tayfalar ərazinin qədim Azərbaycan xalqına aid olduğunu birmənalı təsdiq edən dil və tarixi faktlardır». Daha sonra müəllif müasir dil baxımından tamamilə arxaikləşən aba/apa, as, ap, band, bin, can/san, dam/tam, kal/qal, kun/kin, kaş, qut, nek, pal, sin, saq, um, unq və s. kimi yazıyaqədərki türk-Azərbaycan sözlərinin semantikasını açır.

Tədqiqat əsərinin bu fəslində leksik vahidlərlə yanaşı, yazıyaqədərki türk-Azərbaycan dilinin qrammatik və fonetik xüsusiyyətləri də linqvistik təhlil süzgəcindən keçirir, protodillərdəki proteza, eliziya, metoteza və b. fonetik hadisələr sistemli araşdırma prosesinə çevrilir.

Monoqrafiyanın II cildində (Bakı, 2017) müəllifin özünün qeyd etdiyi kimi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisindəki əhalinin etnogenezisində e.ə. II-I minilliklərdə iştirakı olmuş proto Azərbaycan tayfalarından bəhs olunur. Burada Naxçıvanın qədim və müasir ərazilərində məskun olmuş tayfaların yeri, adlarının daşıdığı mənalar onların mifik

inancları, əraziləri, əski salnamələrdəki yeri ətraflı tədqiq olunur. Monoqra-fiyada Naxçıvan ərazisində bu tayfa adları ilə yaranmış etnooykonimlər qədim mənbələr əsasında sistemləşdirilmiş etimoloji təhlilləri verilmiş, sözlərin aid olduğu dövrləri və prototürk Azərbaycan dilində işlənməsi elmi faktlarla öz təsdiqini tapmışdır.

Tədqiqatçı alimin Naxçıvan əhalisinin etnogenezi ilə bağlı mülahizələri əsərdə iki fəsildə sistemləşdirilmişdir.

«Qədim Naxçıvanla bığlı m.ə. II-I minilliklərə aid tarixi faktlar, onların tədqiqi istiqamətləri və təhriflər» adı altında təqdim olunan I fəsildə II-I minilliklərə aid mənbələrdə Naxçıvanın tarixini əks etdirən tədqiqatlar sərf-nəzər edilir. Naxçıvanın həmin dövrə aid etnooykonimlərinin tədqiqi istiqamət-lərindən söz açılır. Əsərdə mənşəyi maraq doğuran İlquzaq, Danzik, Biləva, Dilsər, Aza, Noraşen və b. oykonimlərin etimoloji təhlili verilir. Araşdırmadan məlum olur ki, həmin toponimlər proto Azərbaycan dili materialları əsasında formalaşmışdır.

Monoqrafiyanın II fəslində «Naxçıvan ərazisində m.ö. II-I minilliklərdə məskun olmuş prototürk-Azərbaycan tayfaları»ndan söz açılır. Öz araşdırma-sında e.ə.II-I minilliklərdə Naxçıvan ərazisində məskun olmuş Kəngər, Manna, sak, zəngi, oğuz, kaspi, kimmer, gel, çul, qazan, qıpçaq və s. türk kimi türk tayfalarının Naxçıvan, eləcə də Azərbaycan türklərinin etnogenezisindəki iştirakı və oynadığı roldan söz açan Firudin Rzayev mənbələr və tutarlı faktlar əsasında onların etnonimik mənşəyini aydınlaşdırmaqla dolayısı ilə Azərbaycan xalqının mənşəyinə, etnik təşəkkülünə aydınlıq gətirmiş olur. Zəngin tarixi materiallar və tutarlı linqvistik faktlar əsasında yazılmış bu tədqiqat əsəri əhatə etdiyi tarixi məlumatların dərinliyi və müqayisəli nəzəri mülahizələrin üstün-lüyü baxımından diqqəti cəlb edən dəyərli bir mənbə olmaqla yanaşı, etnogenez problemində mövcud olan bir çox cavabsız sualların birmənalı həllinə uğurlu töhfədir.

Sərdar Zeynal

filologiya üzrə elmlər doktoru

Elşad Abışov

filologiya üzrə fəlsəfə doktoru, dosen




Ana səhifəyə qayıt        Baxış: 1 191          Tarix: 15-10-2018, 22:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma