Xəbər lenti

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Sentyabr Universitetinin 2018-2019-cu yeni akademik ilinin açılış mərasimində sürpriz musiqilərlə qarşılanıb.

Mərasimdə Türkiyə Dövlət Konservatoriyası Xorunun solisti Cansu Kırca Ərdoğanın sevdiyi mahnıları ifa edib.

Müğənni əvvəlcə Ərdoğanın çox sevdiyi “Bərabər yürüdük biz bu yollarda” mahnısını səsləndirib. Tamaşaçılar cərgəsində əyləşən Türkiyə Prezidenti də əyləşdiyi yerdən mahnını müşayiət edib. Bundan sonra Cansu Kırca “Nazəndə sevgilim” mahnısını ifadə edib. Ərdoğan çox sevdiyi mahnılardan biri sayılan bu ifanı da müşayiət edib.

Çıxışının sonunda Ərdoğan Türkiyə Dövlət Konservatoriyası Xorunun solisti Cansu Kırcanı ayaqda alqışlayıb. \\kult.az




Ana səhifəyə qayıt        Baxış: 521          Tarix: 19-10-2018, 19:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma