Xəbər lenti

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin üç əməkdaşı sabiq müstəntiq Rüfət Səfərova baş çəkib.

Bu haqda Hurriyyet.org-a R.Səfərovun atası Eldar Sabiroğlu məlumat verib.

Məlumata əsasən, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri sabiq müstəntiqin sağlıq durumu, qidası və saxlanma şəraiti ilə maraqlanıblar.

“Bildiriblər ki, bir müddət öncə Rüfətin işgəncə və qeyri-insani rəftara məruz qalması ilə əlaqədar Azərbaycan hökumətini, eləcə də insan haqları sahəsində fəaliyyət göstərən digər beynəlxalq təşkilatları məlumatlandırıblar. Rüfət hüquqi və universal humanitar prinsipləri təşviq etdiklərinə görə nümayəndəliyin əməkdaşlarına təşəkkür edib, məruz qaldığı işgəncə faktına görə ərizəsinin Avropa Məhkəməsi tərəfindən icraata qəbul edildiyini bildirib” – deyə E.Sabiroğlu məlumat verib.

Hurriyyet.org




Ana səhifəyə qayıt        Baxış: 602          Tarix: 22-10-2018, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma