Xəbər lenti
14-11-2018, 20:40

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşündəki çıxışı böyük müzakirələrə səbəb olub.

Nazirin Azərbaycan dilindəki çıxışı zamanı rabitəsiz cümlələr qurması, ümumiyyətlə isə nə demək istədiyinin anlaşılmaması tənqid olunub. XİN rəhbərinin çıxışı “Google translate”də ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş mətni səsləndirməyə bənzədilib.

BakuPost-un əməkdaşı məsələ ilə bağlı Azərbaycanın əməkdar jurnalisti, millət vəkili Aqil Abbasın fikirlərini öyrənib. A. Abbas saytımıza açıqlamasında deyib ki, hər bir dövlət məmuru Azərbaycan dilini səlis bilməyə məcburdur: “Hər bir dövlət məmuru kimliyindən asılı olmayaraq dövlət dili olan Azərbaycan dilini səlis bilməlidir. Əgər bir məmur Azərbaycan dilini bilmirsə, müəllim tutub öyrənsin. İnsan rusdilli ola bilər, təhsilini rus dilində almış ola bilər. Amma Elmar müəllim 14 ildir, xarici işlər naziridir. Öyrənə bilərdi və öyrənməli idi. Azərbaycanda bir çox rusdilli şəxslər, dövlət məmurları, deputatlar var. Onlar rus dili bölmələrində, Moskvada oxuyublar. Amma onlar Azərbaycan dilini də öyrənib və bu dildə danışa bilirlər”.

Deputat bildiirb ki, rus dilində təhsil alıb, Azərbaycan dilində mükəmməl danışan şəxslərə ən böyük örnək prezident İlham Əliyevdir: “O da rusdilli məktəbdə oxuyub, ali təhsilini Moskvada alıb, rus dilində müdafiə edib, elmlər namizədi adını alıb. Moskvada rusdilli insanların ətrafında yaşayıb. Bəs necə olur ki, Azərbaycan dilində belə təmiz və səlis danışır?”

Millət vəkili Elmar Məmmədyarovla bağlı zarafatyana təklif də edib: “Dilçilik İnstitutunda sözlərin yazılış qaydası, orfoqrafiya ilə bağlı sözlük hazırlanır və mübahisələrə səbəb olur. Mən də orada təklif elədim ki, Elmar Məmmədyarovu Dilçilik İnstitutuna məsləhətçi kimi işə götürsünlər, onlara kömək eləsin…” \\BakuPost




Ana səhifəyə qayıt        Baxış: 99          Tarix: 2-11-2018, 21:33      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent