Xəbər lenti

 
Xatırladaq ki, bir müddət bundan əvvəl redaksiyamıza FHN-nin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsində Kadr üzrə mütəxəssis işləyən Ağalarova İlahə Mirəskər qızı şikayət ərizəsi ilə müraciət etmişdi. Müxtəlif vaxtlarda rəsmi dövlət orqanlarına etdiyi müraciətlərinə baxılmadığı üçün bizə üz tutmaq məcburiyyətində qalan xanım hüquqlarının bərpa olunmasını istəyirdi. Uzun müddətdir ki, hüquqları tapdanan dörd uşaq anası olan bu xanım özünün və 7 ildir həmin idarədə işləyən həyat yoldaşı Vidadi Həsənovun xidmət rəisi Fuad Bağırovun və idarə rəisi Fuad İsmayılzadənin özbaşınalıqlarından əziyyət çəkdiyi üçün bizə müraciət etmək məcburiyyətində qalmışdı. Bizim dərc etdiyimiz iki məqalədən sonra aidiyyatı orqanlar tədbir görmək əvəzinə onun həyat yoldaşını işdən azad etmişlər. İ.Ağalarovanın dediyinə görə orada işləyən həyat yoldaşı V.Həsənova İdarə rəisi F.İsmayılzadə tərəfindən şantaj xarakterli böhtan atılmasına kollektiv qarşısında cəhd göstərilmiş, bu fakt təsdiq olunmadığından 01.11.2018-ci il tarixində Xidmət rəisi Fuad Bağırov 7 ildir bu qurumda işləyən Vidadi Həsənovun işdən azad olunması barədə əmr imzalamışdır. Bizə təqdim edilən sənədlərə əsasən V.Həsənov 1988-ci ildə Ermənistandan qaçqın düşərək Azərbaycana pənah gətirmiş və sonra Qarabağda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. Himayəsində ahıl yaşlı anası və dörd körpə azyaşlı uşaqları var.
Bizimdovr.az-a daxil olan məlumatlara görə sudurulducuların tikintisində də böyük maxinasiyalara yol verilir. Belə ki, sənədlərdə Neftçaladakı sudurulducuların smeta dəyərində göstərilən məbləğ rəsmiləşdirilsə də, smetada nəzərdə tutulmayan sudurulducular inşa etdirirlər. Mənbəmizin verdiyi başqa bir faktda da bildirilir ki, inşası 3.500 milyon manat dövlət vəsaiti hesabına başa gələn, tutumu 800 min m3 həcmində, hündurlüyü 4.5 metr olan beton monolitlə bərkidilən toxunulmaz mühavfizə bəndlərindən bilərəkdən torpaq götürülərək faktiki hündürlüyü 4.5 metr olan bu sudurulducunu 1 metr hündürlüyə qaldıraraq, həmin 1 metr yerə yenidən 800 min m3 qum rəsmiləşdirilərək təxminən 4 milyon manatdan artıq məimsəmə edilib. Bu faktdır, video çəkiliş və fotoşəkillərdə öz təsdiqini tapır.
Ötən yazılarımızda da qeyd etmişdik ki, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İdarəsində ciddi korrupsiya faktları var. 2012-ci ildə Kür çayında böyük daşqınlar baş verdikdən və onlarla kəndi su basdıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin tərkibində Dib Dərinləşdirmə İşləri İdarəsi (bundan sonra sadəcə “DDİİ”) təşkil olunmuşdur. Hazırda 109 işçinin işlədiyi həmin idarənin təyinatı Kür çayının deltasını suyun gətirdiyi qumdan, gildən təmizləmək və çayın Xəzərə qovuşmasının önünü açmaqdır. İdarədə olan qanunsuzluqları rəqəmlərlə sizlərə çatdıraq. İdarənin ştat cədvəlində üç Ərazi istehsalat sahələri var. Ərazi istehsalat sahələrinin birindən aldığımız rəsmi məlumata əsasən inşa edilən sudurulducuların ümumu həcmi 920000 m3 olduğu halda Fuad Bağırovla, Fuad İsmayılzadə əlbir olaraq 1.301037m3 rəsmləşdirilərək 381037m3 artıq torpağın (381037m3 x 5.60 =2.133 807 20) man yeyinti ediblər. Hətta nəzərdə tutulan sudurulducularda faktiki ümümi həcmdən təxminən 40 % artıq torpağın vurulması göstərildikdən sonra 10-20 hətta 50% sudurulducularda hələ də torpaq vurulmasına şərait də var. Deməli heç faktiki həcm qədər də torpaq vurulmayıb. 
Bizimdovr.az-a təqdim edilən sənədlərə əsasən 21.09.2013-16.06.2015-ci illərdədə fəaliyyət göstərən III-Bankə sudurulducunun həcmi 230000 m3 olduğu halda 365166 m3 torpaq vurulması rəsmləşdirilərək, 135166 m3 artıq torpaq, 15.10.2014-16.07.2015-ci illərdə IV Bankə sudurulducusunun həcmi 240000 m3 olduğu halda, 338405 m3 torpaq vurulması rəsmləşdirilərək 98405m3 artıq torpaq, 21.07.2016-07.02.2017-ci ildə V Xillı(D-30) sudurulducusunun həcmi 150000 m3 olduğu halda 255206m3 torpaq vurulması rəsmləşdirilərək 105206 m3 artıq torpaq, 19.05.2017-19.01.2018-ci ildə IV-II Qaralı (D-41) sudurulducusunun həcmi 300000 m3 olduğu halda 342260 m3 torpaq vurulması rəsmləşdirilərək artıq torpaq vurduqları rəsmiləşdirilərək ümumilikdə 381037 m3 layihədən artıq torpaqa 2.133.807.20 man yeyinti edilib. Mövcud olan arayışda dörd sudurulducunun layihə üzrə faktiki həcmi 920000 m3 olduğu halda 1.301037 m3 rəsmləşdirilərək 381037m3 artıq torpağın (381037m3 x 5.60 man =2.133 807 20) man yeyinti edilməsi və ümümi həcmdən təxminən 40% artıq torpağın vurulması göstərildikdən sonra hətta həmin sudurulducularda 10-20 hətta 50% də torpaq vurulmasına şəraitin olmasından görünür ki, yeyintinin miqdarı daha da çoxdur. Mənimsədikləri rəsmi 381.037 m3, bu rəqəmlərdən də artıq torpağı həmin sudurulducuya vurulması üçün torpaqsoran qurğulardan istismar etdikləri yanacağın və sürtkü yağlarından mənimsənilən vəsaitləri də araşdırılmalıdır. 
Qeyd edim ki, həmin sənədlərdə qeyd edilənlərin gözə çarpan döğruluğuna əmin olmaq üçün 19.05.2017-19.01.2018-ci ildə fəaliyyət güstərən IV-II Qaralı (D-41) sudurulducusunun həcmi 300000 m3 olduğu halda, 342260 m3 torpaq vurulması rəsmləşdirilərək 42260 m3 artıq torpaq vurduqları rəsmiləşdirilən ərazidən redaksiyamıza foto və video çəkilişlər də təqdim edilib.
Nəzərinizə çatdıraq ki, bu yazdıqlarımız həmin idarədə baş verən maxinasiyaların cüzi bir hissəsidir. Orada dövlət vəsaitləri göyə sovrulur, mənimsənilir və ciddi araşdırılması tələb olunur. Redaksiyamız lazımi araşdırmalar apardıqdan sonra mövzuya yenidən qayıdacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq.




Ana səhifəyə qayıt        Baxış: 679          Tarix: 3-11-2018, 00:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma