Xəbər lenti
14-11-2018, 20:40

 

Mən gözləyirdim ki, büdcə müzakirələri başqa yöndə gedəcək. Çünki dövlət başçısı cənab İlham Əliyev son müşavirəsində hökumət üzvləri qarşısında ciddi  tapşırıqlar qoydu, ciddi mesajlar səsləndirdi. Xüsusilə də, kölgə iqtisadiyyatının azaldılması, onun qarşısın alınması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə bağlı.

Amma gəlin, görək, bu üç tapşırıqla bağlı hansı addımlar atılıb? Çox təəssüflər olsun ki, Vergilərdə və Gömrükdə müəyyən kadr islahatlarının aparılmasına baxmayaraq, hələ də ciddi irəliləyişlər yoxdur. Kölgə iqtisadiyyatı hələ də çox yüksək səviyyədədir.

Bunu büdcə müzakirələrində millət vəkili Vahid Əhmədov deyib.

O qeyd edib ki, vergilərdə hələ də köhnədənqalma “prinsiplər” işləyir. 

“Hələ də xoş olmayan məqamlar yaşanır. Mən inanmaq istəyirəm ki, vergilər naziri islahatlar prosesini daha da sürətləndirəcək, neqativlərin, xüsusilə, sahibkarlarla, sahibkarlıqla bağlı əngəllərin tam aradan qaldırılmasına çalışacaq və bunlara nail olacaq. 

Eyni zamanda, başqa bir vacib məsələyə toxunmaq istərdim. Dövlət zəmanətilə verilən borcları, kreditləri onu alan həmin qurum özü həll etməlidir, özü qaytarmalıdır. Kredit verilib, götürmüsən, canın sağ olsun, indi zəhmət çək, vaxtında ödə. Bunu dövlətin, Maliyyə Nazirliyinin üzərinə atma. Ona görə hesab edirəm ki, bu məsələdə ciddi şəffaflıq təmin olunmalıdır, zəmanət verilən qurumların fəaliyyətinə, ciddiliyinə fikir vermək lazımdır. Hər kəsə dövlət zəmanəti ilə kredit verilməməlidir”, - deyə millət vəkili qeyd edib. \\oxu.az




Ana səhifəyə qayıt        Baxış: 48          Tarix: 5-11-2018, 21:31      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent