Xəbər lenti

  Bu gün Bayraq günü münasibəti ilə Bakı şəhər Cavanşir Rəhimov tam orta məktəbdə “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirilmişdir.Tədbiri məktəbin 3 a sinif şagirdləri hazırlamışlar.
  Əvvəlcə tədbirdə Azərbaycan himni səsləndi.  Sonra 3a sinif rəhbəri İradə İsmayılova tədbiri açaraq  Azərbaycan Bayrağı ilə bağlı məlumat verərək  qeyd etdi  ki, 1918-ci il noyabrın 18-də Azərbaycan Cümhuriyyəti tərəfindən qəbul edilən Bayrağımız Sovetlər dönəmində yetmiş il ərzində unutdurulsa da , müstəqillik qazandıqdan sonra Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yenidən xalqımıza qaytarıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.  
 Sonra söz üçüncülərə verildi.Onların ifasında söylənən şeirlər,ifa

edilən mahnılar və səhnəciklər  hərarətlə qarşılandı.
Sonda məktəbin direktoru Gülzadə Məmmədova Bayraq Günü münasibəti ilə üçüncüləri təbrik etdi , onlara təhsildə yeni-yeni uğurlar arzuladı.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 365          Tarix: 7-11-2018, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma