Xəbər lenti

 

Almaniyada həkim-anestezioloqun əməlinin “qurbanlar”ının sayı artmaqdadır. 

Onun hepatit C xəstəliyinə yoluxdurduğu insanların sayının 1300-ə çata biləcəyi istisna olunmur. 

Hazırda bu xəstəliyə yoluxmanın təsdiq olunmuş halların sayı 45-dir. 

Həkim barədə məlumat açıqlanmasa da, onun adının Səlim olduğu bildirilir. Qeyd olunur ki, o, məqsədli şəkildə insanları bu təhlükəli xəstəliyə yoluxdurub. 

Məlum olub, xəstələr infeksiyaya əməliyyat zamanı yoluxub. Bütün hallarda anestiziya prosedurunu Səlim adlı həkim keçirib. \\oxu.az




Ana səhifəyə qayıt        Baxış: 416          Tarix: 8-11-2018, 22:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma