Xəbər lenti

 

 ADİLƏ NƏZƏR,

Filologiya üzrə fəlsəfə doktoru

 

XV əsrin ilk illərində Bağdad Səfəvilər tərəfindən işğal edildikdən sonra İraqda türkmən dili yenə də rəsmi dil olaraq qəbul edilmişdi. 1534 - cü ildə isə Osmanlıların Bağdadı işgal etmələrindən sonra, İraq türkmən dili iki qismə bölünmüş; xalq Azərbaycan türkcəsində danışmış, rəsmi və ədəbi dil isə ərəbcənin təsir dairəsinə düşmüşdür.

Hazırda dünyanın hər yerində yaşayan türklərin dünya iqtisadiyyatının, mədəniyyətinin və elminin inkişafında rolu vardır. Ümumilikdə türk amilinin formalaşmasında bütün dövrlərdə Kərkük türkmənlərlərinin yeri olmuşdur.

İraq Türkmən ədəbiyyatı – (poeziyası) ümumilikdə Azərbaycan oxucusunun nəzərində sərbəst şeirin öncülərindən olan Əbdüllətif Bəndəroğlu ilə canlanır. Müasir İraq Türkmən şairləri də Ə. Bəndəroğlunun yolunu davam edərək, heca və sərbəst, eyni zamanda ədəbi ənənələrə sadiq qalaraq, horyat (bayatı) janrlarındakı şeirlərilə tanınırlar.

Son illərdə ölkəmizdə mədəni-kütləvi tədbirlərin miqyası genişləndikcə Azərbaycan İrak mədəni əlaqələrinin inkişafına çalışan iki ismi - Türkmən Ədəbiyyatçılar və Yazarlar Birliyinin sədri Esat Erbil və Türkmən radiosunun rəhbəri Riyaz Dəmirçinin xidmətlərini qeyd etmək yerinə düşər. Azərbaycan ədəbi mühitinə tanış olan bu iki isimdən birinin yaradıcılığına nəzər salıb, müəlliflə oxucu arasına bir neçə səhifəlik yol salmaq istəyirəm.

İTƏYB-in tanınmış simalarından olan şair Riyaz Dəmirçi Azərbaycanla ədəbi əlaqələri, dövrü mətbuatda ardıcıllıqla dərc olunması və sosial şəbəkələrdə yayımlanan ədəbi nümunələrinin qarşılığında oxucular tərəfindən alqışla qarşılanır. Çünki şairin şeirlərinin əksəriyyəti ata yurdu Azərbaycanla bağlıdır. Vətən duyğularını fərqli şəkillərdə əsərlərinə hopduran şair Qarabağ dərdinə biganə qala bilmir.

Ruhum kanatlandı Azerbaycana,
Hasreti karışıp damarda kana,
İçimde ateşi, ben yana yana,
Gedip Karabağı bir gezip gelim.

 

Bakım vatanıma, ata yurduma,
Belki kuvvet verdim orda orduma...
Haydi, Türkmenelim, haydi yardıma,
Gedip Karabağı bir gezip gelim.

 

   - deyən şair 6 bəndlik bir şeirdə Qarabağın işğal altında olan bütün bölgələrini gəzib, könlünü əsir torpaqlarınn yaralarıyla közləyir. Şeirin sonunda

"Ya ölüm, ya qalım - bir yolu seçim! Gedib Qarabağı bir gəzib gəlim...", - misralarilə sanki bir əsgər andı içir. Qarabağla bağlı başqa bir şeirində yazır:

Gərəkirsə can vermeye,

Düşmanın bağrın yaramaya,

Çiçeyin, gülün dermeye,

Geleceyem, Karabağım.

 

Dumanında kayb olmağa,

Kamanın, tarın çalmağa,

Sende rahatlık tapmağa

Geleceyem Karabağım.

 

R.Dəmirçi vətənpərvər şeirlərinin hamısında mühafizəkar millətçi cizgisini qoruyur. “Başın sağ olsun Hocalım” şeirində Xocalını çılpaq gerçəkləri ilə işləyən şair o əsir yurda olan sevgisini ürək yanğısı ilə dilə gətirir.

Başın üstün duman aldı,

Bu ne acı, bu ne haldı?!

O dağların kime kaldı,

Başın sağ olsun, Hocalım.

 

Ömrün, günün zülmet oldu,

Kan ağlayan millet oldu,

Katliam da kismet oldu,

Başın sağ olsun, Hocalım.

 

         R.Dəmirçi yaradıcılığında türk insanının həyata baxışını poetik bir dillə əks etdirsə də, əksər hallarda duyğularını realist təsvirlərlə ortaya qoyur. Həmin şeirin davamında etirafları ilə hər bir vətən övladını özünütənqidə və bu anlamda səfərbərliyə səsləyir.

Bebeyini boğdu gelin,

Ermeniden doğdu gelin,

“Ölmüş”sə de sağdı gəlin,

Başın sağ olsun, Hocalım.

 

Türk olmakdı günahımız,

Açılmasa sabahımız…

Koy yok olak biz hamımız,

                            Başın sağ olsun, Hocalım.

 

       Şərq ədbiyyatında doğulduğu yerlərdən ayrılaraq qürbət diyarlarda məskən tutan bir çox şairin saz çalıb, söz deyib vətən həstətini, yurd nisgilini azaltmağa çalışdıqlarını bilirik. Qaracaoğlandan günümüzə qədər qürbət mövzuları türk ədəbiyyatına mövzu olmuşdur. R.Dəmirçi Azərbaycanda doğulmasa da əksər şeirlərində ata vətəninin həsrətini yazır və bu yurdun vüsalına can atır. 

Heç doyarmı gözüm senden,

Heç bitermi sözüm senden,

Dönderemem üzüm senden,

Ata yurdum Azərbaycan.

 

Diz çökecem toprağına,

Toxunacam yaprağına,

Kızınacam ocağına,

Ata yurdum Azerbaycan.

 

Men yolumu seçeceyim,

Bir gün sene köçeceyim.

Çeşmenden su içeceyim,

Ata yurdum Azerbaycan.

 

       Beləcə, Azərbaycanın dərdini dərdi, sevincini sevinci bilən şair xüsusilə Qarabağla bağlı şeirlərilə oxucuların rəğbətini qazanır. 

       Şairin ümumi yaradıcılığında üç dogma ölkə - yaşadığı İraq, soy-kökü olan və əlaqəli işlədiyi Türkiyə və bir də ata yurdu Azərbaycan, eyni zamanda bu coğrafiyalarda baş verən hadisələrin təsiri duyulur.  

R.Dəmirçi klassik, sovet dövrü, eləcə də müasir Azərbaycan ədəbiyyatı ilə yaxından tanışdır. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin bir şeirinə yazdığı cavab şeirini oxuyuruq:

Bir şirin, bir gözəl söz istəyirəm,

Hər sözü, söhbəti düz istəyirəm.
       Bircə baxışıyla yanan qəlbimi,
        Görməyi bacaran göz istəyirəm.

                Bəxtiyar Vahabzadə

Her şeyin aslını öz isteyirem,
Bu könlümü yakan göz isteyirem.
Okyanuslar sepsen ateşim sönmez,
O şirin dilinden söz isteyirem.

                Riyaz Demirci

         Əksər şairlər kimi o da aktual mövzulara toxunur, hər şeirində dünyanın keçiciliyinə, insanların ədalətsizliyinə qarşı hayqırır. Bütün gizlilərin üzərindəki pərdəni qaldırıb açığa çıxarır bir qələm şeirdə. Haqqa, insafa səsləyir insanları, bu səsləyişdə isə sadəcə, astadan özünü danışır, əslini göstərir:

…Umidin kalmasın benim rahmime

Zaten sen bülbülsün, şakrak sesin var

Men ise, ne avcıyım, ne avım,

 Allahın bir kuluyam.

 

         Şair çox vaxt dramatik mövzuları, ictimai ədalətsizlikləri belə lirikaya köçürə bilir.

“Boğuldum yok nefesim,

Kalmıyıp hiç hevesim,

Susturullar hak sesim,

Adalet varmı burda?!”,-misralarıyla yaşadığı zamandan qaçıb, yazdığı zamana – SÖZə sığınır.

       Yaradıcı adam o vaxt tarix yazır ki, ədəbiyyata yenilik gətirir. R.Dəmirçi ədəbiyyatda ilk dəfə qarşılaşdığımız bir şeir növü yaradıb. O, 4, 5 hecalı şeirlər yazır. Hər misrası (tək sözdən ibarət) canlıdır, hərəkətdədir. Şair şeirin mövzusunun əsas ünsürü olan motivə xələl gətirmədən, fikirlərini məntiqdən çıxıb qeyri-məntiqə uğratmadan hər bənddə ədəbiyyatın haqqını verir. “Belki Bir Gün” şeiri:

Canım-gözüm,

Gel, gündüzüm,

Gülsün yüzüm

Belki bir gün.

 

Ay baş tacım,

Gel muhtacım,

Dinsin acım

Belki bir gün.

Və yaxud “Azərbaycan” şeiri buna nümunədir:

Gülüstanım,

Din, imanım,

Son mekanım

Azerbaycan!

 

..Türkmen elim,

Ruzgar selim..

Ata dilim

Azerbaycan!

 

Türkmən - Kərkük ədəbiyyatının əsasını təşkil edən bayatılarda  (hoyratlar) Kərküklərin şanı, Oğuz elinin bizə yaxın olan milliliyi, xəlqiliyi - istiliyi duyulur.

Bu dertten, 
Bu kederden, bu dertten, 
Azrayıl, gel al canım 
Kurtar olum bu dertten.

 

Yaramı bağlamaktan,
Dert çektim sağlamaktan,
Gözde yaşım kurudu,
Seninçün ağlamaktan.

 

          R.Dəmirçi şeirlərini Türkiyə türkcəsində yazsa da eynilə bizim kimi – Azərbaycan türkcəsində danışır. Şifahi dili eynən bizim dildir. Bayatılarından Qarabağlı Sarı Aşığın nəfəsi duyulur:

Apardı yar…

Bağdan gül apardı yar.

Mənim bu dağlı gönlüm,

Yarası bağlı gönlüm,

Kopartdı apardı yar.

       Şairin obraz və dil təbiliyilə 5 hecalı qanadlı bayatıları sanki Azərbaycan ağzıdır, sözüdür, ağısıdır, laylasıdır:

Nənəmnən getdi,

Kuru nə, nəmnən getdi..

Evimdə olan şadlıx,

O da nənəmnən getdi.

         R.Dəmirçinin ədəbi uğurlarının əsası İraq türkmənlərinin xalq dilinə – Kərkük folkloruna bağlı olması ilə bağlıdır. Şairə yeni yaradıcılıq uğurları diləyilə…




Ana səhifəyə qayıt        Baxış: 1 039          Tarix: 14-11-2018, 16:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma