Xəbər lenti

 

9 yaşlı uşaq ehtiyatsızlıqdan boğularaq ölüb

Ovqat.com xəbər verir ki, bədbəxt hadisə Mingəçevir şəhərində baş verib. Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. Belə ki, 3-cü sinif şagirdi, 2009-cu il təvəllüdlü Hüseyn Fariz oğlu Səmədov bədbəxt hadisə nəticəsində ölüb. İlkin ehtimala görə, H.Səmədov həyətdəki yelləncəkdə yellənərkən ehtiyatsızlıqdan yelləncəyin kəndiri boğazına dolanıb. Köməksiz vəziyyətdə qalan uşaq boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Azər




Ana səhifəyə qayıt        Baxış: 549          Tarix: 15-11-2018, 11:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma