Xəbər lenti

 

Səudiyyə Ərəbistanı Baş Prokurorluğu “Vaşinqton Post” qəzetinin müxbiri Camal Qaşıqçının cinayəti ilə bağlı şok detalları açıqlayıb.

 

Publika.az xəbər verir ki, prokurorluq Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı baş konsulluqdan çıxarıldığını etiraf edib.

 

Prokurorluq Qaşıqçının ölümündə boğulmanın və öldürücü dozada verilən dərmanın təsiri olduğunu bildirib. Səudiyyə Ərəbistanı baş prokurorunun verdiyi məlumata görə, cinayətlə bağlı istintaq əməliyyatları davam edir.

 

Prokurorun açıqlamasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın məsləhətçisi Səud əl Kahtaniyə Camal Qaşıqçını ölkəyə geri qaytarmaq əmri verilib. Ölkəyə geri qaytarılması təmin olunmadıqda isə öldürülüb. Ölüm əmrini İstanbula göndərilən komandanın başçısı verib. Kahtaninin ölkədən çıxışı qadağan edilib.

 

Qaşıqçının cəsədini cinayətkarlardan təhvil alan cinayət ortaqlarının da görüntüləri əldə edilib. O, İstanbulda yerləşən Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürüldükdən sonar binanın xaricinə çıxarılıb və basdırılıb.

 

Cinayətdə adları çəkilən 11 şübhəlidən 5-nin edam edilməsi tələb olunub.

 

***

 

Səudiyyə Ərəbistanı Baş Prokurorluğunun jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı verdiyi açıqlamaya ilk cavab Türkiyədən gəlib.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamanın onları razı salmadıqlarını deyib.

 

“Cinayət əvvəldən planlanıb. Ancaq hələ də cavablanmamış bir sual var: Camal Qaşıqçının cəsədi haradadır?”-, Çavuşoğlu bildirib.

 

Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı Baş Prokurorluğunun açıqlamasından yarım saat öncə həmin ölkənin xarici işlər naziri ona zəng edib:

 

“Həmin açıqlamanı həmkarım öncə mənə bildirdi. Hazırda 11 nəfərin həbs edildiyini bilirik. 5-i haqqında edam tələbi var. O 5 nəfərin Türkiyə qanunları ilə ittiham edilməsi lazımdır. Cinayət öncədən planlanıb. Cəsədin parçalanması üçün adamlar və cihazlar hadisə yerinə öncədən gətirilib. Bu da onu göstərir ki, cinayət bir anın içində olmayıb”.

 

Çavuşoğlu bildirib ki, cinayətin bütün detallarının ortaya çıxarılması üçün beynəlxalq miqyasda əməkdaşlıq edəcəklər.

 

 




Ana səhifəyə qayıt        Baxış: 557          Tarix: 15-11-2018, 17:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma