Xəbər lenti

 

Avropada antisemitizm meylləri güclənir. Dünyanın məşhur sorğu şirkəti “ComRes”-in 7 Avropa ölkəsində 7 min pespondent arasında apardığı sorğunun nəticələri belə deməyə əsas verir.

Ovqat.com xəbər verir ki, sorğu CNN kanalının sifarişilə keçirilib.

 Sentyabr ayında keçirilən sorğuda iştirak edənlərin sadəcə 10%-i yəhudilərə qarşı mənfi düşüncəyə sahib olduğunu dilə gətirsələr də, 32%-i “Xolokost”un (yəhudi Soyqırımı) yəhudilərin məqsədlərinə çatmaq üçün istifadə etdiyinə inandıqlarını bildiriblər.

Respondentlərin 28%-i ölkələrindəki antisemitizmin İsrailin fəaliyyətləri səbəbindən ortaya çıxdığını, 18 %-i isə buna Yəhudilərin mövqeyinin səbəb olduğunu qeyd ediblər.

 Sorğuda iştirak edən hər beş nəfərdən biri Yəhudilərin siyasət və mediada çox təsirli olduğunu ifadə edərək narazılıqlarını dilə gətirib. İştirakçıların təxminən dörddə biri Yəhudilərin dünyadakı münaqişə və müharibələrdə təsirli olduğuna inanır.

 Sorğuda həmçinin bəzi avropalıların “Xolokost”a dair hem bir məlumat sahibi olmadıqları ortaya çıxıb. Sorğuda iştirak edən hər 20 nəfərdən biri daha əvvəl “Xoloskost” sözünü eşitmədiyini söyləyib.




Ana səhifəyə qayıt        Baxış: 584          Tarix: 29-11-2018, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma