Xəbər lenti
21-09-2019, 20:33
 
Kənd Təsərrüfatı Nazirliyi (KTN) "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin ləğv edilməsi və Nazirliyin tabeliyində "Aqrar tədarük və təchizat” ASC-nin yaradılması ilə bağlı Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmana münasibət bildirib.

KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov "Report”a bildirib ki, təmsil etdiyi qurumun tabeliyində yeni səhmdar cəmiyyətin yaradılması zərurəti sözügedən fərmanın preambula hissəsində öz əksini tapıb.
"Ölkədə dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınması həyata keçirilir və ləğv olunan "Ərzaq Tədarükü və Təchizatı” ASC-nin əsas funksiyalarından biri də bu olub. Dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydalarında bu işin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi əks olunub. Yeni yaradılan Cəmiyyətin əsas funksiyalarından biri bu işi daha sistemli şəkildə qurmaq olacaq”, - deyə o qeyd edib.
V.Hüseynov əlavə edib ki, "Aqrar tədarük və təchizat” ASC ləğv edilmiş "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin hüquqi varisidir və fərmana uyğun olaraq, Nazirlər Kabineti ləğv edilən qurumun balansında olan dövlət əmlakını inventarizasiyasını və qiymətləndirməsini başa çatdırdıqdan sonra iki ay ərzində yeni qurumun balansına verəcək.




Ana səhifəyə qayıt        Baxış: 189          Tarix: 17-12-2018, 17:18      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent