Xəbər lenti

 

Təhsil eksperti Kamran Əsədov Türkiyə universitetlərinə attestatla qəbulun dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Minval.İnfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, Azərbaycan Təhsil Nazirliyi və Türkiyənin YÖK (Yükseköğretim Kurumu) arasında imzalanan qarşılıqlı iş birliyi protokolunda azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərin qəbulunda Azərbaycan Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri nəzərə alınması tövsiyə olunur:

“Bu tövsiyə xarakterli Türkiyə YÖK-ün öz universitetlərinə xəbərdarlığıdır. Azərbaycanda attestat alan hər kəs onsuzda DİM-in buraxılış imtahanında iştirak edib attestat alır. Deməli, hər kəsin bu DİM imtahan nəticəsi var. Eyni zamanda Türkiyəyə gedənlər burada yetərli bal toplaya bilməyənlərdir. Deməli, onların qəbul imtahan nəticəsi də var. Sənəddə hər hansı bir keçid balı nəzərdə tutulmur. İmtahanda iştirak, hətta 1 bal belə yetərlidir. Türkiyədə ali məktəbə qəbul olmaq, bakalavr təhsili almaq üçün SAT və ya universitetlərin öz YÖS imtahanına girmək lazımdır. Magistr təhsili üçün isə ALES imtahanından keçməlisiz. Və bəzən universitetlərdən asılı olaraq bu imtahan GRE və ya GMAT imtahanı ilə də əvəz oluna bilər. Magistr üçün tezsiz proqramlara ALES imtahanına ehtiyac qalmır. Hər iki halda əgər ingilis dilində təhsil almaq istəyirsizsə, onda sizin minimum 75 TOEFL nəticəniz də olmalıdır.

Yəni, iki ölkə arasında imzalanmış sənəddə ali məktəblərə attestatla qəbula qadağa nəzərdə tutulmur. Əgər bu olsa, Təhsil Nazirliyi öz təhsilinə, verdiyi sənədə inanmır demək olardı”.




Ana səhifəyə qayıt        Baxış: 76          Tarix: 19-12-2018, 17:45      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent