Xəbər lenti

 

Vladimir Putinin İlham Əliyevə məktubunda xüsusi ifadələrdən istifadə etməsi və Azərbaycan prezidentini uzaqgörən siyasətçi adlandırması ölkəmizin liderinin regional və qlobal siyasətinin yüksək mahiyyətini əks etdirir.

Bu sözləri Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın dövlət başçısına təbrik məktubunda söylədiyi yüksək fikirləri şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq vurğulayıb ki, Putinin Azərbaycan dövlət başçısına verdiyi yüksək qiymət özündə bir sıra mühüm məqamları ehtiva edir:

“Azərbaycan prezidenti dünyada gedən prosesləri qiymətləndirməyi və beynəlxalq münasibətlərin ən kiçik nüanslarına nüfuz etməyi bacarır. Dövlət başçısının formalaşdırdığı bu xarici siyasət xətti artıq müsbət nəticələr verməyə başlayıb. Prezidentin bu siyasi xəttində onun konseptuallığı, uzaqgörənliyi, Azərbaycanın köklü maraqlarını ifadə etməsi xüsusilə diqqət çəkir. Qarabağ probleminin həllinə dair beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin yekdil rəyə gəlməsi məhz bu siyasətin nəticəsidir. Artıq dünya dövlətləri problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edirlər”.

Politoloq bildirib ki, Putinin azərbaycanlı həmkarına ünvanlandığı təbrik məktubundakı səmimi sözləri liderlər arasında dərin dostluq əlaqələrindən və qarşılıqlı yüksək etimaddan xəbər verir:

“2018-ci ildə Rusiya prezidentinin ölkəmizə üç mühüm səfərini nəzərə alsaq, belə görüşlərin gələn il də intensiv olacağını söyləyə bilərik. Belə ki, liderlərin 2019-cu ilin əvvəlində yüksək səviyyəli görüşünün şahidi ola bilərik. Ümidvarıq ki, qarşıdakı görüşlər silsiləsi nəhayət Qarabağ probleminin həllinə öz töhfəsini verəcək”.

Politoloq Rusiya-Azərbaycan əlaqələrindən də bəhs edib:

“İki ölkə arasında dinamik inkişaf edən əlaqələrin bir qolunu da Azərbaycanın Rusiya regionları ilə münasibətlərini genişləndirməsi təşkil edir. Məsələn, Azərbaycan Həştərxanla iqtisadi-ticari əlaqələr saxlayır və bu əlaqələr hər gün inkişaf edərək iki ölkə arasındakı münasibətlərə böyük töhfə verir”.




Ana səhifəyə qayıt        Baxış: 81          Tarix: 25-12-2018, 15:08      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent