Xəbər lenti

 

Dekabrın 25-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

Bankdan banker.az-a daxil olmuş məlumata görə, yığıncaqda Bankın İdarə Heyəti sədrinin təyinatı məsələsinə baxılıb.

2018-ci ilin martından bu vəzifəni  müvəqqəti icra edən Abbas İbrahimovAzərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Səhmdarların Ümumi Yığıncağında bankın törəmə müəssisələrinə dair bir sıra məsələlərə də baxılıb və müvafiq qərarlar verilib.

Eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin fəaliyyət göstəricilərinə, o cümlədən 2018-ci ilin 11 ayı üzrə maliyyə nəticələrinə dair hesabata münasibət bildirilib.

Dekabrın 25-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının iclası da olub. 

İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Müşahidə Şurası Bankın cari il üzrə maliyyə göstəricilərinə baxıb, 2019-cu il üzrə büdcə layihəsini müzakirə edib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verib.  




Ana səhifəyə qayıt        Baxış: 72          Tarix: 25-12-2018, 21:37      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent