Xəbər lenti

 

Bu gün Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəməsi baş tutub.

Azxeber.com xəbər verir ki, idmançının vəkili Ramil Rüstəmov məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edib.

Vəkil məhkəmədən Şahmarzadəni 3 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Digər tələb isə onun Azərbaycan xalqından üzr istəməsi ilə bağlı olub.

Məhkəmə müşavirədən sonra qərar verib. Hakim iddianı təmin etməyib və işə xitam verib.

Buna səbəb isə Nərmin Şahmarzadənin faktiki ünvanının Xətai rayonu olmaması göstərilib.

Vəkil Ramil Rüstəmov sənədlərə düzəliş edəndən sonra yenidən məhkəməyə müraciət edəcəklərini deyib.

Qeyd edək ki, idmançı psixoloq Nərmin Şahmarzədəni Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə verib.




Ana səhifəyə qayıt        Baxış: 142          Tarix: 25-12-2018, 21:49      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent