Xəbər lenti

 

Bu ilin yanvar-noyabr aylarında Türkiyədən ixracın dəyəri 154,186 mlrd. ABŞ dolları, Türkiyəyə idxalın dəyəri isə 206,505 mlrd. ABŞ dolları təşkil edib.

“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.

Son nəticədə 11 ay ərzində qonşu ölkənin xarici ticarət balansında 52,319 mlrd. dollarlıq kəsir yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,6% azdır. Son 1 ildə ixracın idxalı qarşılama nisbəti isə 67,9%-dən 74,7%-ə yüksəlib.

Ayrıca noyabr ayında isə Türkiyədən ixracın dəyəri 15,529 mlrd. ABŞ dolları, Türkiyəyə idxalın dəyəri isə 16,18 mlrd. ABŞ dolları təşkil edib. Beləliklə, ay ərzində qonşu ölkənin xarici ticarət balansında 651 mln. dollarlıq kəsir yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 89,8%azdır. Son 1 ildə ixracın idxalı qarşılama nisbəti isə 69,1%-dən 96%-ə yüksəlib.

Ötən ay Türkiyədən Avropa İttifaqı ölkələrinə ixracın dəyəri 7,73 mlrd. dollar olub ki, bu da 2017-ci ilin noyabrına nisbətən 10,9% çoxdur. İl ərzində ittifaq üzvlərinin Türkiyənin ixracında payı49,1%-dən 49,8%-ə çatıb.

Noyabrda Avropada Türkiyədən ən çox mal idxal edən Almaniya olub – 1,43 mlrd. dollaqlıq. Növbəti yerlərdə Böyük Britaniya (983 mln. dollar) və İraq (855 mln. dollar) qərarlaşıb.

Ötən ay Türkiyənin ən çox mal idxal etdiyi ölkə isə Rusiya olub – 1,756 mlrd. dollarlıq. Növbəti yerləri Almaniya (1,566 mlrd. dollar), Çin (1,391 mlrd. dollar) və ABŞ (1,107 mlrd. dollar) tutub. 




Ana səhifəyə qayıt        Baxış: 55          Tarix: 31-12-2018, 19:15      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent