Xəbər lenti

 

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton2019-cu il yanvarın 8  9-da Türkiyəyə səfər edəcək.  

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "CNN Turk" telekanalı məlumat yayıb. 

Dekabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik bildirmişdir ki, C.Bolton Türkiyəyə Yeni ildən sonra səfər edəcək və Türkiyənin rəsmi şəxsləri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək. 

Öz növbəsində, dekabrın 28-də C.Bolton bəyan etmişdir ki, yanvarda Türkiyə və İsrailə səfəri zamanı ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra terrorçu İŞİD qruplaşmasına qarşı mübarizənin növbəti mərhələsini müzakirə edəcək.




Ana səhifəyə qayıt        Baxış: 526          Tarix: 31-12-2018, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma