Xəbər lenti

 

ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri, Vaşinqtonda yerləşən Dünya siyasəti institutuun professoru Pol Qobl Ermənistanın 1-ci informasiya saytına müsahibəsində maraqlı açıqlamalar verib.

Amerikalı ekspert Azərbaycan-Ermənistan münqaişəsində 2018-ci ilin sakit keçdiyini, lakin 2019-cu ildə Rusiyanın bölgədə söz sahibi olduğunu sübut etmək üçün tərəfləri yeni toqquşmalara təhrik edə biləcəyini söyləyib.

Pol Qoblun fikrincə, rəsmi Moskva münaqişənin həllində maraqlı deyil. Ona görə ki, bu zaman həm Bakı, həm də İrəvana təsir imkanlarını itirə bilər. ABŞ-ın isə münaqişəni həll etmək üçün kifayət qədər resursu yoxdur. Üstəlik, hər iki dövlətin rəhbərliyində əhalinin radikal əhval-ruhiyyəsini təmsil edən şəxslər durur.

Qoblun sözlərinə görə, iki fundamental dəyişiklik situasiyanı başqa yönə çevirmək qabliyyətindədir. Bunlardan biri Ermənistanda Moskva ilə arası olmayan iqtidarın gəlməsidir. Ikincisi isə Azərbaycanın rəsmi Moskva ilə münasibətlərinin dərinləşdirməsidir.

“Paşinyanın hələ ki, Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etmək gücü yoxdur. O, hazırda diqqətini daxili problemlərə yönəldib. Çətin ki, Ermənistanın baş naziri nüfuzlu Qarabağ klanı ilə daban-dabana zidd düşən addımlara getsin.

Azərbaycan prezidenti isə Rusiya ilə yumşaq şəkildə yaxınlaşmağa cəhd edir. Moskva Dağlıq Qarabğ məsələsində İrəvanı öz mövqelərindən geri çəkilib güzəştə getməyə məcbur etsə Azərbaycanda öz təsirini artıra bilər. Mən həmişə demişəm ki, Moskva Azərbaycanı almaq müabilində Ermənistanı satmağa hazırdır”, - deyə Pol Qobl qeyd edib.

Pol Qoblun erməni mediasında söylədiyi son cümlələri olduqca maraqlıdır:

“Əgər Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunsa, bu, ABŞ-a İranı daha da neytrallaşdırmaq və izolə etməyə imkan verəcək. Çünki Qarabağ məsələsinin həlli olunması ilə rəsmi Tehran artıq Qafqazdakı siyasi məsələlərə təsir emtək imkanlarından məhrum olacaq. Kreml bunu anlayır və həyata keçməməsi üçün əlindən gələni edir.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 379          Tarix: 7-01-2019, 21:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma