Xəbər lenti

 

2018-ci ildə Özbəkistanda 1561 vəzifəli şəxs müxtəlif dərəcəli cinayət məsuliyyətinə cəlb edilib.

AZƏRTAC Özbəkistan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, bunun 580-i təsərrüfat subyektlərinin rəhbərləri, 257-si təhsil, 83-ü səhiyyə işçiləri, qalanları isə digər sahələrin nümayəndələridir.

Cinayət məsuliyyətinə cəlb olunan 39 vəzifəli şəxs nazirlik, baş idarələr və müəssisələrdə müxtəlif vəzifələr tutub.

Məsuliyyətə cəlb edilənlərin 821-i mənimsəmə, əmlakın oğurlanması, rüşvət alma-vermə və digər cinayətlərdə təqsirli bilinir.




Ana səhifəyə qayıt        Baxış: 463          Tarix: 8-01-2019, 10:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma