Xəbər lenti

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu(ARDNF) dekabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "Report"a verilən məlumata görə, ötən ilin dekabr ayında Fond tərəfindən valyuta hərraclarında 677,1 mln. dollar məbləğində vəsait satılıb.

Ötən ilin noyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 654,1mln. dollar satıb. Beləliklə, noyabr ayı ilə müqayisədə dekabrda Fond tərəfindən satılan valyutanın həcmi 23 mln. manat və ya 3,52% artıb.

Ötən ilin dekabr ayı ilə 2017-ci ilin dekabr ayını müqayisə edəndə məlum olur ki, son 1 ildə ARDNF tərəfindən valyuta hərraclarında dollar satışı 92,3 mln. ABŞ dolları və ya 15,78% artıb.

Ümumilikdə, 2018-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF valyuta hərraclarında 6 460,4 mln. dollar satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 862,3 mln. dollar və ya 79,55% çoxdur.

Xatırladaq ki, 2017-ci ilin yanvar-dekabr aylarında ARDNF valyuta hərraclarında 3 598,1 mln. dollar satıb. 




Ana səhifəyə qayıt        Baxış: 496          Tarix: 8-01-2019, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma