Xəbər lenti

 

Karaqanda şəhərində baş vermiş faciəvi hadisələr hazırda Qazaxıstanın hüdudlarından kənarda da müzakirə obyektinə çevrilib. Xatırladaq ki, yanvarın 1-də kütləvi dava zamanı qazax gənc öldürülüb və onun ölümündə erməni millətindən olan şəxslər şübhəli bilinir.

Qazaxıstanda hadisə ilə bağlı keçirilmiş kütləvi aksiyalarla əlaqədar Ermənistanın “ArmenianReport” nəşri təhqiramiz bəyanatla çıxış edib: “Qazaxların mahiyyətini və “Zaqafqaziya türkləri” ilə qan qohumluğunu nəzərə alaraq, Qazaxıstanda ermənilərin məhv edilməsi reallığa çevrilə bilər”.

“ArmenianReport” Qazaxıstan cəmiyyətini “mədəniyyətsiz” adlandırıb və qeyd edib ki, burada instinktlər hökmrandır. “Neçənci dəfədir ki, ermənilər Qazaxıstanda özlərinə qarşı qazaxların vəhşi pantürkizmini hiss edirlər”, - erməni nəşri yazır.

Eyni zamanda, bəzi erməni analitiklər hissləri cilovlamağa çağırış edərək bildiriblər ki, Qazaxıstandan kənarda fəaliyyət göstərən bəzi müxalifətçi resurslar “hadisədən istifadə edərək, ölkədəki sabitliyi pozmağa və hakimiyyəti gözdən salmağa çalışırlar. Buna görə də, təxribatçıların dəyirmanına su tökməyə dəyməz”.

“Ermənistan KİV-ləri tərəfindən “BASE” telekanalının guya hakimiyyətin azərbaycanlı cinayətkarların adlarını dəyişərək erməni kimi təqdim etməsi barədə yaydıqları məlumatı yanlışdır. Qazaxıstanda belə telekanal yoxdur, bu, Nazarbayevi və Qazaxıstan hakimiyyətini sərt tənqid edən müxalifətçi resursdur”, - erməni ekspertlərdən biri yazıb.

Virtualaz.org məşhur qazax ictimai xadimi Muxtar Tayjandan vəziyyəti şərh etməyi xahiş edib.

“Münaqişənin tərəfləri qazax və erməni millətindən olan şəxslərdir və bu münaqişə qazaxın ölümü ilə nəticələnib. Əlbəttə ki, bu hadisə ölkənin bütün ictimaiyyətini çalxaladı. Qazaxlar küçələrə çıxaraq, ermənilərin bir hissəsinin Karaqandadan deportasiya edilməsini tələb etdilər, - Muxtar Tayjan deyir. – Karaqandadakı erməni diasporu öz gənclərinə görə üzrxahlıq etdi. Lakin, belə deyək ki, münaqişə millətlərarası xarakter alıb”.

Muxtar Tayjan hesab edir ki, Qazaxıstanda bir qədər yanlış milli siyasət yürüdülür: “1995-ci ildə nəyə görəsə Konstitusiyadan dövlətin əsasını təşkil edən qazax milləti barədə maddəni yığışdırdılar. Lakin Qazaxıstan Avropa və Asiya ölkələri kimi, milli dövlətdir. Burada bütün vətəndaşlıq hüquqlarından yararlanan diaspor nümayəndələri də yaşayır, lakin onların yaşadıqları dövlət qarşısında öhdəlikləri var.

Yaşadığınız dövlətə qarşı loyal olmalı, onun tarixini bilməli, dilini anlamalısınız. Əlbəttə ki, öz folklorunu, dilini də unutmamalısan, bu barədə söhbət gedə bilməz. Lakin buna baxmayaraq, bunları dilə gətirəndə bizi millətçi adlandırırlar”, - Muxtar Tayjan şikayətlənir.

“Qoy onlar (ermənilər) biznesləri ilə məşğul olsunlar, ənənələrini qorusunlar, heç kim mane olmur. Lakin qazaxlara əl qaldırmağa dəyməz. Həmçinin də heç kimə... Karaqandada baş verənlər yalnız məndə belə hiddət doğurmayıb. Belə münaqişələr ciddi nəticələrə gətirib çıxara bilər. Mən Bakıda olmuşam, şəhərdə toxunulmaz qalmış erməni kilsəsini görmüşəm. Bu cür yanaşmanı qiymətləndirmək lazımdır. Su içdiyin quyuya tüpürmək olmaz”, - həmsöhbətimiz bildirib.

Söhbətinin sonunda Muxtar Tayjan qeyd edib ki, qazaxlar azərbaycanlılara qardaşları kimi yanaşırlar: “Bizi qədim köklər bağlayır”.

Hurriyyet.org




Ana səhifəyə qayıt        Baxış: 53          Tarix: 8-01-2019, 17:15      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent