Xəbər lenti

  

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri prezident Donald Trampı istefaya çağırıb.

Ovqat.com xəbər verir ki, sabiq dövlət katibi bu çağırışı Davosda edib.

Dünya İqtisadi Forumunda jurnalistlərin suallarını cavablandıran Kerri ölkəsinin rəhbərini qeyri-ciddilikdə və qabiliyyətsizlikdə günahlandırıb:

 "O, bunların heç birini ciddiyə almayacaq. Çünki bu cür söhbətləri anlayacaq qabiliyyətdə deyil".

 Keçmiş dövlət katibi daha əvvəl də Trampa qarşı sərt ifadələr işlətmiş, onu "ABŞ xalqına yalan danışmaqla" ittiham etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 505          Tarix: 23-01-2019, 22:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma