Xəbər lenti

    Tanınmış yazıçı, dramaturq,jurnalist,tərcüməçi, “Qobustan” sənət toplusunun baş redaktoru, AY B Quba bölməsinin sədri Vaqif Əlixanlının 75 illik yubileyi  Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda xüsusi qeyd edilmişdir.
    Tədbiri giriş sözü ilə açan millət vəkili , yazıçı Rəfail Hüseynov Vaqif Əlixanlının yaradıcılığı haqqında geniş danışmış, onun müasir ədəbi prosesdə xüsusi rolu olduğunu qeyd etmişdir.
  AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, xalq şairi Nəriman Həsənzadə, Millət vəkili Jalə Əliyeva, yazıçı Seyran Səxavət, qocaman diktor Roza Tağıyeva, Şair Yusif Həsənbəy, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçı Rafiq Səməndər və başqaları tədbirdə çıxış edərək Vaqif Əlixanlı haqqında ürək sözlərini söyləmiş , yazıçının ədəbi yaradıcılığının müxtəlif sahələrindən danışmışlar.  
Qeyd edək ki,
Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Azərbaycan SSR-nin Quba rayonunun Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub.

Universitet illərində hərbi xidmətini başa vurub, universiteti bitirərək, 1968-ci ilin avqustundan Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin əvvəlcə Radionun Ədəbi-Dram baş redaksiyasında redaktor, sonra şöbə müdiri kimi ədəbi-incəsənət fəaliyyətinə başlayıb.

“Bulaq” və “Dünyanı bəzəyənlər” radio verilişinin yaradıcılılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və “XX əsr İncəsənət” və “Palitra” televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri populyarlığı, yüksək peşəkarlığı ilə seçilib. 1976-cı ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib.

1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə “İncəsənət və Teatr” şöbəsinə baş redaktor, bir il sonra nazirliyin “Teatr və Konsert müəssisələri” idarəsinə rəis təyin olunub.

O vaxtkı Azərbaycan SSR Teatr truppaları və musiqi heyətləri ilə respublikanı Yaponiya, Norvec, Türkiyə və başqa ölkələrdə, eləcə də İttifaqın müxtəlif yerlərində təmsil edib.

 1991-ci ildə SSRİ-ın süqutundan sonra yenidən – AzTV-yə qayıdır. Televiziyanın “Xəbərlər”, daha sonra isə “Ədəbi-Dram” studiyasının direktoru vəzifəsini ləyaqətlə yerinə yetirir. Vətənpərvər ruhlu, yaddaqalan – “Qırxıncı otaq”, “Sarı sim”, “Nəbz” verilişlərilə tamaşaçı rəğbətini qazanıb.

1993-cü ildə Radioda Xalq yaradıcılığı baş redaksiyasını yaradır və orda baş redaktor kimi yaradıcılığına davam edir. Sonrakı illərdə “Space”, ABBA, “Lider”, hətta qısa müddət “ANS” TV-də də baş redaktor vəzifəsində çalışıb.

2008-ci ildən indiyəcən “Space” TV-də Dublyaj redaksiyasında baş redaktorudur.

Hal-hazırda həm də Yazıçılar Birliyinin orqanı olan “Qobustan” incəsənət jurnalının Baş redaktorudur.

Yazıçılar, Jurnalistlər Birliyinin, Teatr Xadimləri İttifaqının üzvüdür.

“Bulaq” verilişinə görə 1972-ci ildə “Qızıl qələm” mükafatı alıb. Dünya ədəbiyyatından tərcümələri, teatr və tele-radio üçün səhnələşdiriləmələri ictimayyətin, peşəkar söz-sənət adamlarının xüsusi diqqət və rəğbəti ilə qarşılanıb.

1991-ci ilin yanvarında AzTV-nin “Vətənpərvərlik” ruhunda yazılan ən gözəl əsər-müsabiqəsinin laureatı olub.

Daha sonra “Mövlanə” Beynəlxalq müsabiqəsində “Dünyanın Mövlanəsi” pyesi II yeri tutub və əsər Türkiyənin “GÜAM” Beynəlxalq dərgisində çap olunub. Mirzə Ələkbər SabirƏbdürrəhim bəy HaqverdiyevErix Mariya RemarkÇingiz AytmatovErnest Heminquey və başqa yazarların əsərləri əsasında televiziya və radio pyesləri mavi ekranda və efirdə verilmişdir. Onun bədii tərcüməsində V.Rasputinin "Axır zaman", T.Uilyamsın "İstək tramvayı", A.Kondratyevin "Saşka", Rüstəm İbrahimbəyovun "Biganələr oteli" və Alber Kamyunun"Qismət" pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. 2011-ci ilə Gənc Tamaşaçılar Teatrı Vaqif Əlixanlının “Əcəl atı” əsərini tamşaya qoyub. Əsər Azərbaycan televiziyasında da nümayiş etdirilib. 2000-ci illərdə Çingiz Aytmatovun “Qiyamət” (“Plaxa”) əsərini tərcümə və çap etdirən yazıçının, 2013-cü ildə “Əkmə qəm ağacı” kitabı işıq üzü görüb. 2013-cü ilin sonunda yazıçının 70 illik yubileyi AzTV-də təntənəli surətdə qeyd edilib.  
Tədbirin sonunda söz yubilyara verilmiş, Vaqif Əlixanlı gələcək yaradıcılıq planlarından danışmış, zəhmət çəkib bu tədbirə qatılanlara öz təşəkkürünü bildirmişdir.
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 963          Tarix: 31-01-2019, 18:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma