Xəbər lenti
7-03-2019, 22:48

 

Roma Papası Fransisk katolik kilsəsinin bəzi keşişlərinin rahibələrə təcavüz etdiyini, hətta onları “seks kölələrinə” çevirdiklərini etiraf edib. Onun sözlərinə görə, onun sələfi Papa Benedikt buna görə cinsi zorakılığa məruz qalan rahibələrin konqreqasiyasını ləğv etməyə məcbur olmuşdu.

Bu barədə BBC məlumat yayıb.

Fransisk rahibələrin katolik kilsəsi nümayəndələri tərəfindən cinsi istismar edildiyini etiraf edən ilk pontifik sayılır.

Fransisk Yaxın Şərq səfəri çərçivəsində jurnalistlərə verdiyi açıqlamda kilsənin bu problemi aradan qaldırmağa çalışdığını, ancaq belə xoşagəlməz halların hələ də yaşandığını vurğulayıb.

“Papa Benedikt özündə cəsarət taparaq qadın köləliyinə görə konqreqasiyanın ləğv olunması haqqında qərar çıxardı. İş elə yerə çatmışdı ki, bəzi keşişlərin və ya konqreqasiya qurucusunun adı qadınların “seksual köləliyə” cəlb olunmasında hallanırdı”, – deyə Fransisk bildirib.




Ana səhifəyə qayıt        Baxış: 113          Tarix: 6-02-2019, 14:31      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent