Xəbər lenti
7-03-2019, 22:48

 

Xural.com-a Respublika Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Araz”, “Qızıl Ulduz”, “Qızıl Buta” və “Qızıl Qələm” mükafatları laureatı, şair-publisist, eyni zamanda iş adamı Asif Yusif oğlu Əsədullazadənin Baş prokuror Zakir Qaralova ünvanladığı şikayət məktubu daxil olub. Surəti Prezident İlham Əliyevə göndərilən məktubda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baş verən korrupsiya hallarından bəhs olunur. İş adamının məktubunu olduğu kimi təqdim edirik:

“Cənab Zakir Qaralov!
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq şöbəsinin baş müstəntiq/korrupsioneri Elxan Əbdürrəhimovun “Badu-Kubə” MTK-nın sabiq sədri, hal-hazırda vergidən bir milyon yayındığına görə məhkəməsi gedən Ədalət Qəmbərovla əlbir olaraq aramızda bağlanmış 25.07.2005-ci il tarixli müqaviləni birtərəfli ləğv etdikdən sonra məni 6 iyun 2012-ci il tarixdə AR CM 178.3.2 maddəsi ilə günahsız olaraq həbs etdi. Əmlakımı sataraq borclu olmadığım 860.000 manat pulu E.Əbdürrəhimov tərəfindən təşkil edilmiş “Zərərçəkənlərə” ödədikdən sonra şərti olaraq azadlığa çıxdım. Konstitusiya məhkəməsinə qədər hüquqi qiymət verilmiş müqaviləyə əsasən, əlimdən alınmış mənzillərin mənə məxsus olduğu müəyyənləşdi. Azadlığa çıxmağımdan 5 il, bəraət almağımdan il yarım ötməsinə baxmayaraq, bu günə qədər E.Əbdürrəhimov haqda heç bir tədbir görməməyiniz məndə belə bir fikir yaradır ki, Əli Quliyev, Kamran Əliyev və Kazım Həmzətov kimi sizin də Elxan Əbdürrəhimovla birbaşa da olmasa, dolayısı yolla bir əlbirliyiniz var. Əgər belə olmasaydı, mənim sizə ünvanladığım yüzlərlə şikayət və ərizələrimə münasibət bildirər, heç olmasa bircə dəfə məni qəbul edərək, E.Əbdürrəhimovun nəinki mənim və ailəmin, yüzlərlə sakinin başıma gətirdiyi müsibətlərlə maraqlanardınız.Çox heyf… Mən 90-cı illərin əvvəllərində Ormeşen kəndində sizin dünyasını dəyişmiş Qaralovların məzarlığını ziyarət edərək, onların ruhlarına rəhmət oxuyarkən ağlıma da gəlməzdi ki, bir zamanlar siz Baş prokuror olacaqsınız və sizin rəhbərlik etdiyiniz bu qurum mənə və ailəmə düşmən kəsiləcəkdir.
Uşaq baxçasının tərbiyəçisi valideyndən 40 manat aldığına görə həbs olunduğu bir dövlətdə KQMİ-nin korrupsioner bir müstəntiqi Ə.Qəmbərov kimi bir dələduzla əlbir olaraq yüzlərlə vətəndaşın mənzilini satıb-yeyirlərsə, günahsız adamları həbsinə nail olurlarsa və siz də bunları görə-görə, bilə-bilə göz yumursunuzsa, heyf cənab prezidentimizin çəkdiyi əziyyətdən və sizin kimilərə inamından…”

 

Xural.com

P.S. Yazıda adı çəkilən şəxslərin də münasibətlərini dərc etməyə hazırıq




Ana səhifəyə qayıt        Baxış: 241          Tarix: 7-03-2019, 07:50      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar