Xəbər lenti
7-03-2019, 22:48

 

Ötən gün respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib.

Hər dəfə olduğu kimi, bu il də şagirdlərlə yanaşı, valideyn və müəllimlərin narahatlığına səbəb olan məqamlar var. Təbii ki, bu, hamıya aid deyil. Sualların asan olduğunu, imtahanların çox normal təşkil olunub, davam etdiyini də söyləyənlər az deyil.  Lakin bu dəfə də şagirdlərə çətinlik yaradan dinləmə mətnləri olub.

Təhsil eksperti Elçin Əfəndiyev də AzEdu.az-a açıqlamasında  şagirdlərin daha çox dinləmə mətnlərində çətinlik çəkdiklərini deyir:

“Builki buraxılış imtahanlarını əvvəlkilərindən fərqləndirən əsas cəhət xarici dilin əlavə edilməsi və  imtahanlarda “listening” və “reading”lərin olmasıdır. Bəzi valideynlərin dinləmə mətnləri ilə bağlı şikayətləri oldu. Onlar uşaqların buna hazır olmadıqlarını deyirlər.  Amma Dövlət İmtahan Mərkəzi onları dinləmə mətnləri ilə bağlı əvvəlcədən məlumatlandırmışdı.

Buraxılış imtahan bu dəfə rayonları əhatə etdiyindən dinləmə suallarına verilən cavabların keyfiyyətində   irəliləyiş hiss edilməyib.  Amma müəllimlərdən elə bir şikayət olmayıb”.

Təhsil bilicisi Elnur Hacıyev də bəzi şagirdlərin xüsusən də açıq tipli suallardan əziyyət çəkdiyini bildirir:

 “Özüm imtahanda nəzarətçi idim. Keçən imtahanlardan fərqli olaraq, bu dəfə xarici dil və onun tərkib hissəsi olan  dinləmə mətnləri də sual kitabçalarına salınmışdı. Eyni zamanda, Riyaziyyatdan bir neçə açıq tipli suallar da var idi. Birinci dəfə rastlaşmalarına baxmayaraq, uşaqlar xarici dil testlərini və dinləmə mətnlərini daha rahat həll edirdilər. Onların əsas çətinlikləri Riyaziyyat fənni ilə bağlı oldu. İmtahanda ümumi 45 sualdan 20-si Xarici dil, 15-i Azərbaycan dili, 10-u isə açıq tipli olmaqla Riyaziyyatdan salınmışdı. Suallar elə də çətin olmasa da onların qoyuluş şəkli çaşdırıcı idi. Bizim uşaqlar istər summativlərdə, istərsə də başqa imtahanlarda qapalı tipli testlərə öyrəşiblər. Birdən-birə açıq testlərlə qarşılaşanda onlarda  istər-istəməz qorxu yaranır.

Şagirdlər arasında da xeyli fərq var. Açıq tipli testlərdən məlumatlı olan şagirdlər imtahanda elə bir problem yaşamırlar. Əks halda isə hələ imtahan başlamamışdan onlarda qorxu yaranır.

Ümumi imtahan isə DİM qoyduğu standartlara tam uyğun həyata keçirildi və elə bir problem yaranmadı”.

 Rəna Nəbi




Ana səhifəyə qayıt        Baxış: 45          Tarix: 12-03-2019, 01:30      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent