Xəbər lenti
7-03-2019, 22:48

   

“Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışov pulumu alıb səhv cərrahiyyə əməliyatı aparıb məni ömürlük şikəst edib”.

Ovqat.com xəbər verir ki, Ucar şəhəri S.Vurğun küçəsi ev 21 sakini Əhmədov Hüseyn Canpolad oğlunun e-mail ünvanımıza göndərdiyi şikayət məktubunda belə deyilir.

 

Topuğunun qamış sümüyü sındığına görə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışova müraciət etdiyini yazan şikayətçi cərrahiyyə əməliyyatı üçün ona 800 manat pul ödəyib:

“Əməliyyatdan bir neçə gün sonra yeriyən zaman məlum oldu ki, sağ ayağım 5 sm yerə çatmır. Bunun isə Qələndər Canbaxışovun səhv cərrahiyyə əməliyyatı nəticəsində baş verməsi müəyyən olundu. Qələndər həkim mənə məsləhət gördü ki sən intensiv masaj terapeyası keməlisən ki, ayağındakı şikəstlik düzəlsin. Bundan sonra mən inanıb həmin xəstəxanada günü 20 manata 1 ay masaj olundum, ancaq heç bir faydası olmadı. Bu xəstəxanada Qələndər həkimin rəhbərliyi ilə məni soydular. Cərrahiyyə əməliyyatına 800 manat, ayağımdan şurub çıxarılması üçün 200 manat, sarğı açıb bağlamaq üçün hər gün 20 manat və sairə xərclərlə məni borca salsalar da, sağalmamağım mənə iki qat ziyan vurdu.

 

Həmin pulu borc alıb Qələndər həkimə vermişəm. Atam və anam xəstəliyə görə 1-ci qrup əlildirlər, himayəmdə 4 azyaşlı uşaqlarım var. İndi ayağımda həkim səhlənkarlığına səriştəsizliyinə görə yaranmış şikəstlik məni çox narahat edir. Qeyd edim ki, Qələndər Canbaxışov əməkdar həkim, professor, tibb elmləri doktorudur. Ancaq bu adların heç biri bu səriştəsiz, savadsız adama layiq deyil. Bu adama tibb elimlərinin bəlası adı verilsə düzgün olar. Belə korrupsiyaya qurşanmış savadsız, səhlənkar və səriştəsiz həkimlərin yeri əslində zindan olmalıdır. Çünki onlar öz maddi maraqlarına görə insanları məhv və şikəst edirlər. Belə yaramaz həkimin mənə vurduğu ziyanın məbləği küllü miqdardadır. Çünki ayağımdakı şikəstliyin düzəlməsi üçün Türkiyədə cərrahiyyə əməliyyatı olunmalıyam ki, buna mənim maddi imkanım çatmır. Mən çəkdiyim xərci həkim Qələndər Canbaxışovdan qaytarmasını istəsəm də mənə rədd cavabı verib dedi ki, xoşun gəlmir, get şikayət et. Diqqət edin ki, bu saxtakar həkim ona yaraşmayan saxta titullarına görə çox arxayındır deyə vətəndaşı şikəst etdiyi azmış kimi, hələ ona minnət də qoyur. Buna isə cəzasızlıqdan azğınlaşma deyilir.

 

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirəm; səriştəsizliyinə, savadsızlığına görə məni şikəst etdiyi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışovun barəsində ciddi tədbirlər görəsiniz, məndən aldığı pulun özümə qaytarılmasına köməklik göstərəsiniz”.

 




Ana səhifəyə qayıt        Baxış: 75          Tarix: 14-03-2019, 13:11      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent