Xəbər lenti
7-03-2019, 22:48

 Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair Tofiq Nurəlinin “Azərbaycan” jurnalının dördüncü nömrəsində çap edilən “Yol” publisist yazısının geniş müzakirəsi keçirilmişdir.
  “Qobustan” jurnalının baş redaktoru,yazıçı-dramaturq Vaqif Əlixanlı tədbiri açaraq qeyd etdi ki, “Yol”  müstəqillik illərində

ortaya qoyulan publisistik janrda yazılmış ən dəyərli əsərlərin birincisidir. Şair Tofiq Nurəlinin belə mühüm mövzuya toxunması həm daxili zərurətdən, həm də tarixin tələbindən irəli gəlmişdir. Natiq əsər üzərində geniş dayanmış , “Yol”un ayrı-ayrı məziyyətlərindən söhbət açmışdır.
   “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə qeyd etmişdir ki, “Yol”  son illərin boşluğunu dolduran ən ciddi və dəyərli əsərdir.
    Daha sonra çıxış edən qələm sahiblərindən Seyran Səxavət, Ağacəfər Həsənli, Tahir Tais,Paşa Qəlbinur,Fərqanə Mehdiyeva, Südabə Sərvi, Maarif Soltan, Balayar Sadiq, Məmməd Tahir, Ofelya Babayeva, İmaməddin Zəkiyev,Vəliyulla Cəfərov,Gülhüseyn Kazım,Südabə Ağayeva,Afət  Babayeva,Kamran Nəzirli,Rövşən Yerfi və başqaları çıxış edərək əsərin ayrı-ayrı cəhətlərinə diqqət yetirmiş, bədii publisistik janrda yazılmış son illərin ən yaxşı əsəri kimi dəyərləndirmişlər.Müzakirə zamanı bu yazının janrının bədii-publisistika deyil, roman olması haqqında ciddi fikirlər irəli sürüldü.Ən gözlənilməz fikirlərdən biri də , bu əsərin,yaxşı mənada,Qabriel Markesin əsərləri ilə müqayisə edilməsi oldu.
     Sonda Tofiq Nurəli əsərinə verdikləri dəyərə görə çıxış edənlərə və zəhmət çəkib tədbirdə iştirak etdənlərə dərin minnətdarlığını bildirmiş, yeni şeirlərini oxumuşdur.




Ana səhifəyə qayıt        Baxış: 234          Tarix: 10-05-2019, 23:31      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar