Xəbər lenti

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb.

“Report” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ali Məclisin sədri səfiri muxtar respublikada görməkdən məmnunluğunu ifadə edib.

Vladislav Kanevski Naxçıvana səfərə mühüm əhəmiyyət verdiklərini bildirib, göstərilən diqqətə görə minnətdarlıq edib. Ölkələrimiz arasındakıikitərəfli münasibətlərdən danışan səfir Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafını bu baxımdan mühüm amil kimi dəyərləndirib, qarşıdakı dövrdə səylərini artıracağını bildirib.

Ali Məclisin sədri blokada şəraitində yaşamasına baxmayaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikasındatələbatın yerli istehsal hesabına ödənildiyini və ərzaq təhlükəsizliyinin təmin olunduğunu diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası ilə Ukrayna arasında iqtisadi-ticarət əlaqələrinin həcminin artan dinamika ilə davam etdiyini bildirən Ali Məclisin sədri ali və ümumtəhsil məktəbləri arasındakı qarşılıqlı əməkdaşlıqdan danışıb, əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 35          Tarix: 1-07-2019, 23:35      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent