Xəbər lenti
 
TANAP Azərbaycan qazının Avropaya nəqli üçün hazır vəziyyətdədir

Bu gündən etibarənTrans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsi ilə Avropaya nəql ediləcək, Azərbaycanın gəlirlərini artıraraq Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.

Bunu REAL-a müsahbəsində SOCAR-ın İctimaiyyətlə Əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov dedi. 

İyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanistan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra, Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.Cənub Qaz Dəhlizi və TANAP bu gün artıq reallıqdır.

Azərbaycan bu gün bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadirdir. SOCAR TANAP-ın icrasında öz tərəfdaşları ilə birlikdə 5 milyard dollara yaxın vəsaitə qənaət edərək, layihənin ümumi xərclərini 40% azaltmağa nail olub.




Ana səhifəyə qayıt        Baxış: 352          Tarix: 2-07-2019, 09:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma