Xəbər lenti

 

Bu gün Günəş tutulması (tam tutulma) hadisəsi başlayıb.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından "Report"a verilən məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:55-dən iyulun 3-ü saat 01:50-dək davam edəcək.

Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq.

Növbəti belə təbiət hadisəsi cari il dekabrın 26-na təsadüf edəcək.

Qeyd edək ki, bu ilin ilk Günəş tutulması yanvarın 6-da qeydə alınıb.




Ana səhifəyə qayıt        Baxış: 464          Tarix: 2-07-2019, 23:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma