Xəbər lenti
 
Xəbər verdiyimiz kimi, bu günlərdə Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun ömür-gün yoldaşı Ədilə xanım Haqq dünyasına qovuşub. Ədilə Mütəllibovanın vida və dəfn mərasimlərindən yazan bəzi saytlar və “You Tube” kanalları  tanınmış müxalifət nümayəndələrindən heç  birinin,  eləcə də 1990-cı illərdə A.Mütəllibovun qatı və sadiq tərəfdarı kimi tanınmış Hacı Əbdülün bu hüzn tədbirində görünmədiklərini vurğulayıb.
İmam Hüseyn məscidinin axundu və “Vətən Naminə Xalq Hərəkatı” İctimai Birliyinin sədri Hacı Əbdül Moderator.az əməkdaşına açıqlamasında eks-prezident xanımının vida mərasiminə qatılmamasının səbəbini belə izah edib: 
“Burada qətiyyən kimlərinsə yozmaq istədiyi heç bir digər səbəb ola bilməz. Sadəcə, tale elə gətirdi ki,  həmin gün bizim Hərəkatın Ağdam rayonunun Quzanlı qəsəbəsində tədbiri planlaşdırıldığından səhər tezdən  günorta saatlarınadək biz yolda, sonra isə Ağdam sakinləri ilə görüşdə olduq. Ədilə xanım Mütəllibovanın dünyadan köçmə xəbərini biz yolda- artıq Ağdam rayonuna yaxınlaşdığımız vaxt aldıq. Və Quzanlıdakı tədbirimizi ölkənin ilk Prezidentinin həyat yoldaşının ruhuna dualar oxumaqla başladıq. Bunu tədbir iştirakçıları və çəkilmiş video-görüntülər də təsdiqləyə bilər. Allah rəhmət eləsin!”
Hacı Əbdül eyni zamanda A.Mütəllibovuun xanımının bu günku “üç” mərasiminə mütləq qatılacağını və sabiq dövlət başçısına başsağlığı verəcəyini bildirib.
Sultan Laçın



Ana səhifəyə qayıt        Baxış: 566          Tarix: 8-07-2019, 12:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma