Xəbər lenti
 
Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında dünən gecə qəza uğrayan MİQ 29 qırıcı təyyarəsi ilə bağlı danışarkən ilginc fikirlər səsləndirib:
"Azərbaycan "MİQ 29" qırıcılarının istifadəsindən imtina etməlidir. Çünki bu təyyarələrə sahib olan ölkələrin əksəriyyətində bu tipli qəzalar baş verir. Bundan əlavə bildiyim qədər biz keçmiş müdafiə naziri Səfər Əbiyevin zamanında Rusiyadan və Ukraynadan bu model köhnə, təmir olunmuş təyyarələr almışıq, çoxu xeyli köhnəlib. Biz pilotlarımızın həyatını riskə atmamalıyıq. Internetdə kiçik bir axtarış etsəniz bu təyyarələrin nə qədər etibarsız olduğuna əmin olarsınız".
Redaksiyadan: Millət vəkilinin fikirlərinin təsdiqi olaraq son illər "MİQ 29" qırıcıları ilə bağlı bir sıra ölkələrdə - Polşada, Belarusda, Qazaxıstanda və bu model təyyarələrin istismarda olduğu bir çox başqa ölkələrdə xoşagəlməz olayların yaşandığı barədə media və cəmiyyət olaraq məlumatlıyıq. Maraqlıdır ki, artıq bu təyyarələrin istehsalçısı olan Rusiyada bu modellərdən imtina etmək istiqamətində çalışmalara başlanılıb və daha müasir tipli qırıcı təyyarələrin kütləvi istehsalı və silahlı qüvvələrin ixtiyarına verilməsinə qərar verilib. Odur ki, biz də işğala məruz qalan ölkə olaraq yeni, 5-ci nəsil qırıcılar almağa hazırlaşmalıyıq.



Ana səhifəyə qayıt        Baxış: 692          Tarix: 25-07-2019, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma