Xəbər lenti

 

İran yeni nüvə stansiyası inşa edir. Bu stansiya da ilki kimi Fars Körfəzi sahilindəki Buşehr əyalətində yerləşəcək.

Ovqat.com xəbər verir ki, məlumatı İran Atom Enerjisi Qurumunun rəhbəri Əli Əkbər Salehi dövlət mediasında açıqlamasında səsləndirib.

“Buşehr-2” adlanan atom stansiyasının təməlinin avqustun ortalarında atılacağını deyən Salehi onun 6 il ərzində xidmətə başlamasını planlaşdırdıqlarını bildirib. Amma bu son atom stansiyası da olmayacaq.

Salehinin dediyinə görə, “Buşehr-3” də 8 ildən sonra istifadəyə veriləcək.

 İran Atom Enerjisi Qurumunun rəhbəri ABŞ-la İngiltərə arasındakı ixtilafları alovlandıracaq yeni məlumatlar da açıqlayıb. Bildirib ki, nüvə sazişi ilə dayandırılan Araq reaktorunda quruculuq işləri ABŞ-ın müqavilədən çəkilməsindən sonra yenidən başlayıb və İngiltərə ilə Çinin əməkdaşlığı sayəsində həyata keçirilir.  




Ana səhifəyə qayıt        Baxış: 444          Tarix: 26-07-2019, 18:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma