Xəbər lenti

 

ABŞ-da Rusiyanın “Şimal axını-2” enerji layihəsinə görə sərt sanksiyaların tətbiqinə mane olan siyasətçinin adı açıqlanıb. 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, Kentuki ştatından senator  Rend Poldur. 

“The Daily Beast” qəzeti yuxarı palatadakı mənbələrinə əsaslanaraq məhz onun sanksiya məsələsinin Senatın xarici əlaqələr üzrə komitəsində müzakirəsinə mane olduğu göstərilib. Bununla bağlı senator komitə üzvlərinə məktub göndərərək qanun layihəsindəki zəif yerlərə diqqət çəkib.

Pol həmin sənəddə konkret hansı təşkilatların sanksiya siyahısına düşəcəyi barədə heç bir göstərişin olmadığını bildirib: “Bu isə o deməkdir ki, biz kor-koranə önümüzə gətirilən layihəyə səs verməliyik”.

Senatorun sözlərinə görə, qanun layihəsinin təqdim olunan redaksiyasına əsasən, ABŞ-ın NATO-dakı müttəfiqlərinə və ya bitərəf ölkələrə mənsub şirkətlər də sanksiyalara məruz qala bilər. Belə ki, həmin dövlətlərə aid bir çox firma “Şimal axını-2” layihəsini tikintisində iştirak etməklə bərabər, buraya maliyyə dəstyəini həyata keçirir və gəmilərini icarəyə verirlər. İndi İtaliya, Fransa, Avstriya, Hollandiya, Finlandiya və İsveç kimi ABŞ-ın strateji müttəfiqi sayılan Qərb ölkələrinə aid müəssisələr məhdudlaşdırıcı tədbirlərə məruz qala bilərlər.

Bundan başqa xəbərlərdə Donald Trampın da “sanksiya dəyənəyi”ndən belə tez istifadə olunmasına qaşrı çıxdığı deyilir. ABŞ liderinin bundan ən çox Almaniyaya qarşı təzyiq rıçaqı kimi istifadə etmək niyyətindədir.

Qeyd olunur ki, senator Rend Pol ABŞ-da respubllikaçı “xanədanlıq”dan gələn syasətçidir. Onun atası Ron Pol 30 ildən çox Nümayəndələr palatasının deputatı olub. Libertarian (qatı liberal, hər cür sosial tədbirə qarşı çıxan və tam azadlığı qəbul edən cərəyan-red.) görüşlərə sahib Ron Pol ABŞ-ın beynəlxalq münasibətlərdə aktiv rol oynamasının əleyhinə olub.

Atası kimi həkimlik ixtisasına yiyələndikdən sonra siyasətdə onun yolu ilə gedən Rend Pol Rusiya ilə bağlı olaraq mənsub olduğu partiyanın görüşlərinə qarşı çıxması ilə və rəsmi Moskvaya sanksiyalar tətbiq olunmasının əleyhdarı kimi tanınır.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 316          Tarix: 28-07-2019, 14:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma